Baş Prokuror: Azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə Azərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına işlər görülüb.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluğda andiçmə mərasimi zamanı deyib.
Onun sözlərinə görə, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardım almadan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpa edilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
K.Əliyev qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük haqq savaşında qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















