Baş prokuror BMT nin nümayəndələrini qəbul edib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş Prokurorluqdan XQ-yə verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.
Görüşdə son illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə UNODC arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.
Bu xüsusda 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda Yüksək Səviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.
Həmçinin 20–23 may 2025-ci il tarixlərində Bakıda 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasının yüksək səviyyədə keçirilməsinin tərəflər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olduğu qeyd edilib.
Görüş zamanı UNODC-nin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.
Baş prokuror 26 sentyabr–1 oktyabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətinə toxunaraq, Konqres çərçivəsində təşkil olunacaq birgə əlavə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında sıx əlaqələndirmənin həyata keçirildiyini bildirib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində UNODC ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















