Baş prokuror ICMP Baş direktorunu qəbul edib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 29-da Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru xanım Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələri formalaşıb. Qeyd olunub ki, Komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə barğlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.
Qəbula görə minnətdarlıq ifadə edən xanım Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 İyun 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















