Icma.az
close
up
RU
Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyəti ilə görüşüb

Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyəti ilə görüşüb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 30-da Baş prokuror Kamran Əliyev aprelin 20-28-də Çin Xalq Respublikasında tədris səfərində olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror bir neçə gün öncə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri nəticəsində iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu xüsusda, prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin inkişafı və “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” Anlaşma Memorandumunun icrası məqsədilə prokurorluq əməkdaşlarının tədris səfərinin önəmi qeyd edilib.

Qarşılıqlı müzakirələr formatında keçən görüşdə prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşları tərəfindən səfər zamanı əldə olunan səmərəli təcrübə ilə bağlı baş prokurora məruzə edilib. Məruzələrdə, xüsusilə Çin prokurorluq sistemində süni intellekt texnologiyalarının tətbiqi, kriminalistika sahəsində qabaqcıl metodlar, ictimai maraqların müdafiəsi, dövlətin hüquqi maraqlarının təmin olunması məqsədilə prokurorluq tərəfindən mülki iddiaların qaldırılması, eləcə də hüquqi tədris və elmi tədqiqat sahəsindəki yanaşmaların Azərbaycan prokurorluğunun mövcud təcrübəsi ilə müqayisə və müzakirələr aparılıb.

Yekunda Çinlə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən baş prokuror hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri