Icma.az
close
up
RU
Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədrini qəbul edib

Baş prokuror Gürcüstan Vəkillər Kollegiyasının sədrini qəbul edib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvilini qəbul edib.

Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb.

Qeyd edilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hər iki ölkənin hüquq sistemləri və praktiki hüquqşünasları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Baş prokuror Kamran Əliyev xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək ölkələrimizin hüquq- mühafizə orqanları, eləcə də vəkillik və məhkəmə qurumlarının təmsilçilərinin qarşılıqlı təcrübə mübadiləsinin hüquq sistemlərinin inkişafı baxımından mühüm töhfə verməsini vurğulayıb.

Gürcüstan Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrimizin həm vəkillik qurumları, həm də hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov prokurorluq orqanları və vəkillər kollegiyaları arasında mövcud olan yüksək əməkdaşlıq əlaqələrinə toxunub, İrakli Kandaşvilinin Gürcüstan Vəkillər Kollegiyasının sədri kimi ilk rəsmi səfərinin Azərbaycana edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən hüquq və qanunvericilik sistemində həyata keçirilmiş islahatlar və tətbiq edilən yeni hüquq institutları barədə fikir mübadiəsi aparılıb.

Daha sonra qonaqlar Baş Prokurorluğun cari fəaliyyəti, həmçinin Tarix muzeyi ilə tanış olub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri