Icma.az
close
up
RU
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi Tapşırıqlar verdi (FOTOLAR)

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi Tapşırıqlar verdi (FOTOLAR)

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.

"Unikal"ın məlumatına görə, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra müşavirə iştirakçıları tərəfindən Ulu öndərin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da yaxından iştirakilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlar müzakirə edilib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülən işlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublika prokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər-hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət  barədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Baş Prokuror Naxçıvan Muxtar Respublikası prokurorluğunun və Naxçıvan hərbi prokurorluğunun bir qrup əməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.

Sonda xatirə fotoşəkili çəkilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri