Icma.az
close
up
RU
Baş Prokurora Paşinyan barəsində cinayət işi açmaq çağırışı edilib

Baş Prokurora Paşinyan barəsində cinayət işi açmaq çağırışı edilib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ermənistanda "Hayakve" təşəbbüs qrupu ölkənin baş prokuroru Anna Vardapetyana müraciət edərək, baş nazir Nikol Paşinyana qarşı Erməni Apostol Kilsəsinə (EAK) qarşı təhqiramiz ifadələr işlətməsi və onun işlərinə müdaxilə etməsi səbəbilə cinayət işi başlanmasını tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ictimai xadim Avetik Çələbiyan "Facebook" sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib.

“Ermənistan Respublikasının Baş Prokuroru Anna Vardapetyanın diqqətini Nikol Paşinyanın addımlarına yönəltmək istəyirik. Bu addımlar bizim fikrimizcə dövlətin Erməni Apostol Müqəddəs Kilsəsinin daxili işlərinə qarışmasına bərabərdir. Ermənistan Konstitusiyası dövlətin kilsə və digər dini təşkilatların işlərinə qarışmamasını təmin edir. Bu baxımdan, baş nazirin açıqlamalarının Konstitusiyaya uyğunluğunun və Ermənistan Cinayət Məcəlləsinin 420-ci maddəsinə əsasən hüquqi məsuliyyətə səbəb olub-olmadığının araşdırılması üçün bu bəyanatın cinayət xəbərdarlığı kimi qəbul edilməsini və cinayət işinin başlanmasını xahiş edirik”, – deyə qeyd edib.

Təşəbbüs qrupunun qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasının 17-ci maddəsi ölkədə bütün dini təşkilatların azad fəaliyyətini təmin edir və dövlət onların fəaliyyətinə müdaxilə etməməlidir. Konstitusiyanın 18-ci maddəsinə əsasən isə Erməni Apostol Kilsəsi xüsusi statusa malikdir.

Mayın 30-u səhər saatlarında Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın "Facebook" səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı təhqiredici, bəzi hallarda söyüşlərlə müşayiət olunan paylaşımlar edilib. Bu paylaşımlar müxalifətin kəskin reaksiyasına səbəb olub və bir sıra ictimai-siyasi xadimlər Paşinyan və həyat yoldaşının kilsədən kənarlaşdırılmasını tələb ediblər. Mayın 31-i səhərindən etibarən baş nazir kilsə nümayəndələrinə qarşı şübhəli məzmunlu paylaşımlar etməyə davam edir.

Qeyd edək ki, son illərdə Paşinyanla Erməni Kilsəsi arasında münasibətlər gərginləşib. Xüsusilə də 2020-ci ildə Eçmiədzin (EAK-ın ali rəhbər orqanı) Paşinyanın istefasını tələb etdikdən və onun Qarabağ siyasətini tənqid etdikdən sonra qarşıdurma daha da dərinləşib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 May 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri