Baş Prokurorluğun idarə rəisi Qarabağ Universitetinin tələbləri ilə görüşüb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşərək “Cinayət məsuliyyətindən və cəzadan azad etmə” mövzusunda mühazirə (ustad dərsi) deyib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, praktiki bilik və bacarıqların artırılması məqsədi daşıyan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirə Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında 2024-cü il 18 dekabr tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Müvafiq mövzularda mühazirələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Qarabağ Universiteti eyni zamanda Baş Prokurorluğun təşəbbüsü ilə reallaşdırılan “ECOLEAD” layihəsinin tərəfdaşlarından biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















