Qarabağ da gözlənilməz ayrılıq baş verə bilər
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Qarabağ"ın yamaykalı futbolçusu Renaldo Sefasın Ağdam klubundakı gələcəyi sual altındadır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu komandada özünü xoşbəxt hiss etmir və klubdan ayrılmaq istəyir.
Yamaykalı futbolçu daimi olaraq əsas heyətdə çıxış edə biləcəyi komanda axtarışındadır.
Qeyd edək ki, Sefas daha əvvəl Türkiyənin "Ankaragücü" klubu ilə problem yaşayıb. Belə ki, futbolçunun 2025-ci ilin yayında qüvvədə olan müqaviləsinə baxmayaraq, klubun icazəsi olmadan komandadan ayrılaraq Rusiyanın "Pari Nijni Novqorod" klubuna keçib.
Bundan sonra "Ankaragücü" rəhbərliyi təzminat hüquqlarını qorumaq məqsədilə FIFA-ya və Türkiyə Futbol Federasiyasına şikayət edib.
Xatırladaq ki, Renaldo Sefas 2026-cı ilin yayında Rusiyanın "Pari Nijni Novqorod" klubundan "Qarabağ"a transfer olunub. Ağdam təmsilçisi Yamayka millisinin üzvü ilə 2029-cu ilin yayına qədər üçillik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 25 Noyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















