Icma.az
close
up
RU
Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi FOTOLAR

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İnformasiya texnologiyaların sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir.

"Unikal" xəbər verir ki, bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.

Növbəti layihə cari ilin mayın 6-da Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media subyektlərinin qarşılıqlı əlaqələri” mövzusunda baş tutub.

Sözügedən tədbirdə  televiziya kanallarının, informasiya agentlikləri və xəbər saytlarının, eləcə də müxtəlif qəzetlərin jurnalist və nümayəndələri, eləcə də hüquq fakültəsində təhsil alan tələbələr iştirak edib. 

Treninq müxtəlif formatlarda – brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunaraq media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib.

Təqsirsizlik prezumpsiyasının media materiallarında qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, eləcə də ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb. 

Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş şəkildə müzakirə olunub.

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı keçirilib.

Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşılan məlumat verməsinə kömək məqsədi daşıyır.

Sosial media və media savadlılığı mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Qeyd edilən treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri