Icma.az
close
up
RU
Baş redaktor: Rusiyadakı soydaşlarımız müxtəlif təhdidlər, təzyiqlər fonunda müharibəyə göndərilir

Baş redaktor: Rusiyadakı soydaşlarımız müxtəlif təhdidlər, təzyiqlər fonunda müharibəyə göndərilir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiyada yaşayan və işləyən azərbaycanlıların məcburi şəkildə Ukrayna ilə müharibəyə göndərilməsi yolverilməzdir. Bu hal qanunsuz şəkildə onlara qarşı ölüm təhdididir. Xüsusən də həmin şəxslər Rusiya vətəndaşı deyilsə, bu, qəti olmaz. Bir azərbaycanlı vətəndaşı olmadığı ölkəni qorumamalı və ya onun apardığı müharibədə iştirak etməməlidir."
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, istər zorla, istər xoşluqla həmin şəxslər Azərbaycan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar:
"Bizim qanunlara görə vətəndaşı olmadığın bir ölkənin ordusunda muzdlu xidmət cinayət məsuliyyəti yaradır. 
Rusiya tərəfi bunu məcburi şəkildə edir. Bəzən orada olan soydaşlarımız aldadaraq, şirnikləndirici vədlərlə bu prosesə cəlb edilir. Bu üsul alınmadıqda isə müxtəlif təhdidlər, təzyiqlər fonunda bu addımı atmağa məcbur edilirlər. Bu formada orduya cəlb edilənlərin sayı daha çoxdur. Həmin şəxsləri deportasiya ilə təhdid edib zorla orduya yazdırırlar. Qazanclarını, əmlaklarını əllərindən almaqla, orada işləyən qohumlarını incidərək hədələyirlər. Bütün bu təhdidlərin qarşısında isə çıxış yolu tapa bilməyən soydaşlarımız məcburi şəkildə onların tələblərinə boyun əyir".
Onun sözlərinə görə Rusiya ordusunun təbliğ olunan ordu olmadığı Ukrayna ilə müharibədə üzə çıxdı:
"Böyük sayda itkilər, məğlubiyyyət acısı yaşadılar və yaşamağa davam edirlər. Artıq ruslar özləri də bu mənasız müharibəyə, işğalçılığa etiraz edirlər. Ona görə də fərarilik baş alıb gedir. İmkanı olan ruslar ordudan yayınmaq üçün ölkəni tərk edir, başqa ölkələrə üz tuturlar. Baş verən fərariliyin yerini doldurmaq və ucuz ölümə göndərmək üçün orada yaşayan azərbaycanlılar, eləcə də Orta Asiya ölkələrinin vətəndaşları şirnikləndirici vədlərlə, təhdidlərlə orduya göndərilir".
O qeyd edib ki, reallıq odur ki, soydaşlarımız bu problemlə üz-üzədir:
"Bununla da Rusiyanın avantürist siyasətinin qurbanına çevrilirlər. Bu problemlə üzləşən soydaşlarımız dərhal orada fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizə müraciət etməlidir. Ancaq bu halda onların hüquqları müdafiə etmək, onlara qarşı edilən təhdidlərdən qorunmaları mümkündür. Azərbaycanlılar Rusiyanın işğalçılıq siyasətinin, müharibəsinin qurbanı olmamalıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri