Icma.az
close
up
RU
Baş redaktor: Vaşinqton görüşü indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir

Baş redaktor: Vaşinqton görüşü indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüş Azərbaycanın apardığı strateji siyasi xəttin, diplomatik qələbənin növbəti uğurudur. Vaşinqton görüşünün hansı böyük əhəmiyyətə malik olduğu ilə bağlı bu gün də, gələcəkdə də tarixi dəyərləndirmələr aparılacaq".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, bu görüş təkcə regiona sülh gətirmir, həm də bütünlükdə Qafqazın simasını dəyişir:
"Artıq bizim yerləşdiyimiz Cənubi Qafqaz regionunda yeni bir dövr başlayır. Bu, sülh dövrüdür. Münaqişə, müharibə bitir, sülh başlayır. Azərbaycanın yaratdığı tarixi gerçəklik dünyanın qəbul etdiyi reallığa çevrilir.  Azərbaycanın tarixi zəfərindən sonra regionada sülh və sabitlik üçün bir çox işlər görüldü. Ermənistan bu prosesdən yayınmağa cəhd etsə də, prosesi əngəlləməyə çalışsa da, israrlı tələblər və aparılan diplomatik danışıqlarla Azərbaycan bütün dünyaya göstərdi ki, regionaun inkişafı, sabitliyi, dünyanın siyasi və iqtisadi xəritəsinə töhfə verilməsi üçün sülhdən başqa yol yoxdur".
Onun sözlərinə görə bu baxımdan Vaşinqton görüşü öz nəticələrinə görə indiyə kimi keçirilən bütün görüşlərdən fərqlidir:
"Ermənistanla sülh sazişinin paraflanması, Azərbaycanla ABȘ arasında yeni və təminatlı münasibətlərin qurulması, “907-ci düzəliş”in dayandırılması, ATƏT-in Minsk Qrupu və onunla əlaqədar qurumların ləğv edilməsi tarixi qərarlardır. ATƏT-in Minsk Qrupu illərlə sülh prosesini təşviq etmək əvəzinə Azərbaycana qarşı fəaliyyət göstərirdi. Bu qrupdan imtina regionda sabitliyin, xalqalrın sülh şəraitində yaşamasının gələcək təminatıdır.Paraflanmış sülh sazişində olan müddəalar regional sabitliyin və əlverişli yeni siyasi mühitin yaranması üçün çox mühüm bir sənədddir. Sanki yeni bir tarixin başlanğıcıdır. Bütün məsələlər detallı şəkildə nəzərə alınıb. Bu saziş imzalandıqdan sonra bizim daha çox son 30 ilindən danışdığımız 200 illik bir münqaişə bitmiş sayılacaq. İnanırıq ki, digər texniki və prinsipial məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq və yekun sülh sazişi imzalanacaq. Vaşinqton görüşündən danışanda bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin liderliyi ilə yeni dünya nizamında yenilənmiş bir region formalaşdrıldı. Çünki bu sülh platforması bütün bölgədə və ona yaxın regionalarda yeni bir situasiya yaradır. Bu görüşün siyasi, iqtisadi, logistik əhəmiyyəti nəinki bizim regionda, bütün dünyada çox tezliklə öz bəhrəsini verəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri