Icma.az
close
up
RU
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq

Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər

“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində bir ilkə imza ataraq, Meksika Birləşmiş Ştatlarında keçirilən ənənəvi sənət festivalında ölkəmizi təmsil edib.
Uzaq Meksika səfərindən qayıdan kollektiv yenidən Azərbaycan Dövlət Kukla Teatrında onlar üçün ayrılmış otaqlara sığınıb.
Teatrın baş rejissoru Mikayıl Mikayılov “Reytinq” qəzetinə (Reyting.az) müsahibəsində Meksika səfərindən, festivaldan, “Mən - Dədə Qorqud” layihəsindən və təbii ki, teatrın bina problemindən danışıb.
- Azərbaycan teatrı ilk dəfə Meksikadakı “Kimera” Beynəlxalq Festivalında iştirak etdiyindən bu barədə məlumat azdır. Söhbətə festival haqqında danışmaqla başlasaq, yaxşı olar.

- Meksikanın paytaxtı Mexiko şəhərinin də daxil olduğu Mexiko ştatının Metepek bələdiyyəsi tərəfindən təşkil olunan “Kimera” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı böyük bir sənət bayramıdır. 1991-ci ildə əsası qoyulan bu festival ənənəvi festivallardan fərqlənir. Burada teatr da daxil olmaqla, incəsənətin müxtəlif növləri təmsil olunur. Festival günlərində bütün şəhər sanki bu tədbirlə nəfəs alır.

Bu il festival 35-ci dəfə keçirilib. Təşkilatçılar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edərək, ölkəmizdən bir teatrın bu sənət bayramında iştirakını istəmişdilər. Nazirlik də bizim kollektiv üzərində dayandı. Bu fürsətdən istifadə edərək, Mədəniyyət Nazirliyinin rəhbərliyinə kollektivimizə göstərdiyi etimada və dəstəyə görə təşəkkürümü bildirirəm.
Teatrın baş rejissoru kimi qürur duyuram ki, Azərbaycan teatrını uzaq Meksikada ilk dəfə məhz “YUĞ” Dövlət Teatrı təmsil etdi.
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin kollektivinə, eləcə də Meksikanın ölkəmizdəki diplomatik korpusunun əməkdaşlarına minnətdarlığımı bildirirəm. Səfirliyimizin işçiləri səfər boyu bizimlə oldular, daim diqqət və qayğı göstərdilər, bütün məsələlərə operativ reaksiya verdilər. Səfirlikdə görüş zamanı Azərbaycanla Meksika arasında mədəni əlaqələrin gələcək perspektivləri barədə də fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bundan sonra qarşılıqlı əməkdaşlıq üçün yeni təkliflər və birgə maraqlı layihələr olacaq.
Festival çərçivəsində nümayiş etdirdiyimiz “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı kimi dəyərləndirilə bilər.
- 35-ci “Kimera” Festivalı üçün niyə məhz teatrınızın repertuarındakı “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası seçildi?

- Yəqin ki, Mədəniyyət Nazirliyi Azərbaycanın bu festivalda ilk dəfə təmsil olunacağı nəzərə alınaraq, ölkəmizin qədim tarixi, mədəniyyəti və adət-ənənələrini əks etdirən bir tamaşanın nümayişini məqsədəuyğun hesab edib.
Qeyd edim ki, festivalda iştirak məsələsi gündəmə gələndə biz bu tamaşa üzərində yaradıcılıq işlərini yenicə tamamlamışdıq, lakin premyera hələ baş tutmamışdı. Beləcə, tamaşanın premyerası Bakıda deyil, Meksikanın Metepek şəhərində oynanıldı.
- Tamaşa necə qarşılandı?

- Tamaşanı 1800 nəfərlik konsert zalında oynadıq. Həmin zal əsasən konsertlər üçün nəzərdə tutulduğundan, səhnənin böyük ölçüsü bizə müəyyən çətinlik yaradırdı. Lakin peşəkar aktyor heyəti və texniki qrupumuz çox qısa müddətdə bu şəraitə uyğunlaşmağı bacardı.

Tamaşaçılar və festivalın qonaqları Əməkdar artist Qasım Nağının, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev və Amid Qasımovun oyunlarını böyük maraqla qarşıladılar. Tamaşadan sonra bizə yaxınlaşıb Azərbaycan və teatrımız barədə çoxsaylı suallar verirdilər.
- Bildiyim qədər, “Mən - Dədə Qorqud” çoxşaxəli bir layihədir və bir neçə tamaşadan ibarət olacaq...

- Bəli, müəllifi olduğum bu layihə “YUĞ” teatrının yaradıcısı, ustadımız Vaqif İbrahimoğlunun xatirəsinə həsr edilib.
Məlum olduğu kimi, “Kitabi - Dədə Qorqud” dastanı 12 boydan ibarətdir. Buna görə də layihə çərçivəsində 12 tamaşanın hazırlanması planlaşdırılır. Biz “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc”la başlamışıq, 12-ci epizod - “Axır Zaman” tamaşası ilə yekunlaşdıracağıq. Bu, həm də insanın yaranışdan sona qədər keçdiyi həyat yolunun simvolik ifadəsidir: insan doğulur, yaşayır və fiziki ömrünü başa vurur.
Layihə çərçivəsində hazırlanacaq tamaşalara quruluş vermək üçün ustadın tələbələri, onun teatr poetikasını dərindən mənimsəmiş istedadlı rejissorlar - Gümrah Ömər, Günay Səttar, Abdul Qəni və Ruslan İsmayılov ilə söhbətlərimiz olub.
Yeri gəlmişkən, bir məqamı da qeyd edim: teatr tariximizi izləyənlər yaxşı bilirlər ki, Vaqif İbrahimoğlu ötən əsrin 80-ci illərində Tədris Teatrında “Mən - Dədə Qorqud” tamaşasını hazırlamışdı. Bu tamaşada bu gün tanınmış sənətkar kimi fəaliyyət göstərən bir çox aktyorlarımız iştirak edib. “YUĞ” dövlət teatrı statusu aldıqdan sonra ustadımız “Kitabi-Dədə Qorqud” əsasında “Oğul” tamaşasına quruluş vermişdi və bu səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı. Biz layihə çərçivəsində həmin tamaşanı da bərpa etməyi planlaşdırırıq. Yəni 12 tamaşamızdan biri ustadımızın quruluş verdiyi bu səhnə əsəri olacaq və “Mən - Dədə Qorqud: Epizod 3. Oğul” adlanacaq.
- Siz ölkə xaricində tamaşalara quruluş vermək üçün tez-tez dəvətlər alırsınız. Bu mövsüm belə təkliflər varmı?

- Bəli, yeni təkliflər var. Hazırda Gürcüstan və Qazaxıstanda bir neçə teatrla danışıqlar aparırıq. Pyes seçimi, yaradıcılıq və texniki məsələlər müzakirə olunur. Bu teatr mövsümü ərzində yəqin ki, həmin ölkələrdə tamaşalar hazırlayacağam.

- “YUĞ” Dövlət Teatrının baş rejissoru ilə müsahibədə bina problemini də mütləq qeyd etməliyik. Teatrın öz binası nə vaxt olacaq?

- Kollektivimizin ən ağrılı mövzularından biri öz binamızın olmamasıdır. Mədəniyyət Nazirliyinin rəhbərliyi bu problemin həlli üçün çalışır və deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş var. Bizə veriləcək məkanın konkret yerini və orada tamaşalarımızı nə zaman təqdim edə biləcəyimizi isə hələlik dəqiq deyə bilmirəm. Çünki bu məsələ mənim səlahiyyətimə aid deyil.

Etibar CƏBRAYILOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri