Məhəmməd Bəna: “Hazırladığımız proqramlar vasitəsilə güləşin keyfiyyəti daha da yüksələcək”
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Yunan-Roma güləşi üzrə milli komandanın yeni baş məşqçisi Məhəmməd Bəna təyinatı ilə bağlı açıqlama verib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, tanınmış mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb:
“Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm. Azərbaycan komandası çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur.
Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə inşallah, güləşin keyfiyyəti günbəgün daha da yüksələcək.
Azərbaycan Güləş Federasiyasının hörmətli rəhbərliyi ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq. Əsas hədəfimiz Olimpiadaya qədər qalan bu iki il ərzində düzgün və uğurlu bir yol keçməkdir.
Yolumuz müxtəlif uğurlarla müşayiət olunacaq, lakin nəticədə Olimpiya qızıl medalına çatmaq istəyirik. Burada olduğum və bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm”.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Yanvar 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















