Icma.az
close
up
RU
Baş tutmayan Malta görüşü: Ermənistan ikitərəfli görüşdən niyə qaçdı?

Baş tutmayan Malta görüşü: Ermənistan ikitərəfli görüşdən niyə qaçdı?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Maltada keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə təşkil edilməli idi. Lakin Azərbaycan bu görüşdən imtina etdi. Səbəb kimi Bayden hakimiyyətinin son zamanlar Azərbaycanın maraqlarına qarşı ermənipərəst mövqe sərgiləməsi və qərəzli siyasət apardığı göstərildi.

Sual olunur ki, Ermənistan tərəfi niyə ikitərəfli danışıqlara deyil, üçtərəfli danışıqlara razı olub?

Hətta yaxınlarda Rusiyada İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan görüşdə belə Putinin, ya da hansısa digər Rusiya rəsmisinin iştirakı olmadı. Bəs niyə Ermənistan tərəfi Qərb liderlərinin vasitəçiliyi ilə görüşlərə maraqlıdır, nəinki ikitərəfi danışıqlara?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

“Qarabağ probleminin yaradıldığı ilk gündən Azərbaycanın deyil, Ermənistanın yanında dayanan, işğal altında saxlanılan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərə, terrora göz yuman heç kimin haqqı yoxdur ki, 44 günlük müharibədəki qələbədən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycana sülh müqaviləsi ilə bağlı nəyi, necə etmək təklifi versin.

Lakin artıq 4 ildən çoxdur ki, ABŞ və bütövlükdə Qərb öz siyasi ambisiyalarından əl çəkə bilmir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların onların iştirakı ilə keçirilməsini təkidlə təklif edirlər. Bunlar anlamalıdılar ki, bu gün sülh 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış Ermənistana daha çox lazımdır. Əgər Ermənistan gerçəkdən sülh istəyirsə, o halda Azərbaycanla birbaşa danışıqlara getməli və məğlub ölkə kimi onun şərtlərini qəbul etməlidir. Bunun alternativi yoxdur”.

Professor əlavə edib ki, hakimiyyət kürsüsündən getmələrinə bir aydan bir qədər artıq vaxtın qalmasına baxmayaraq, blinkenlər yenə də Azərbaycanın daxili işlərinə burun soxmaqdan özlərini saxlaya bilmirlər:

“Bayden hökuməti 4 il ərzində Azərbaycana qarşı ədalətsiz bir mövqedən çıxış etdi, 22 ildən sonra məşhur 907-ci düzəlişin tətbiqinin ABŞ prezidentləri tərəfindən hər il aradan qaldırılmasına son verdi və Azərbaycana qarşı erməni lobbisinin təhriki ilə qəbul edilmiş bu qadağanı yenidən bərpa etdi. Biz belə bir münasibət fonunda bu hökumətin təklifini rədd etməkdə tam haqlıyıq”.
Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri