BAŞIN SAĞ OLSUN, TÜRKİYƏ! Ombudsman Səbinə Əliyeva qardaş ölkəyə başsağlığı verdi
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması barədə məlumat böyük üzüntü ilə qarşılanmışdır. Bu ağır faciə ilə əlaqədar qardaş Türkiyə Respublikasına, onun xalqına, habelə həlak olan hərbi qulluqçuların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbr və mərhəmət diləyirik.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri xalqlarımızı hər zaman bir-birinə daha da yaxın etmişdir. Bu kədərli hadisə ilə bağlı dərdinizə şərik olur, həlak olanların xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət etsin.
Səbinə ƏLİYEVA,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 Noyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















