Başına 1 milyon qoyulmuşdu Kriminal avtoritet İsraildə qətlə yetirildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsraildə “Qafqaz mafiyası”nın rəhbəri hesab edilən 45 yaşlı rusiyalı Yanis Yuşvaev qətlə yetirilib.
“Qafqazinfo” “Mash” teleqram kanalına istinadən xəbər verir ki, hadisə Qeysəriyyə (Caesarea) şəhərində yerləşən “Agenda” kafesinin yaxınlığında qeydə alınıb.
Kanal yazır ki, pensiyaçı cildinə girən killer Rusiya mənşəli kriminal avtoriteti pusquda gözləyərək ona atəş açıb. O, Yuşvaevi qətlə yetirdikdən sonra onun müşayiətçilərinə doğru da bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Xatırladaq ki, Yuşvaevə ilk sui-qəsd cəhdi 2015-ci ildə olunub. Son vaxtlar isə onun digər kriminal avtoritetlərlə kəskin münaqişəsi olub və rəqibləri onun başına 1 milyon şekel (təxminən 568 min AZN) mükafat qoyublar. 2026-cı ilin fevralında Yuşvaev Ben-Qurion hava limanında rəqiblərinə qarşı hücum planlaşdırmaq şübhəsi ilə saxlanılmışdı.
Qeyd edək ki, Yuşvaev İsrailin mərkəzi rayonlarına nəzarət edən qruplaşmaya rəhbərlik edirdi. Qrupda Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etməsi səbəbindən şəbəkə “Qafqaz mafiyası” adı ilə tanınırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Avqust 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















