Icma.az
close
up
RU
Başkənd qaytarılacaq? “Ola bilər, hansısa kəndlə mübadilə gündəmə gəlsin”

Başkənd qaytarılacaq? “Ola bilər, hansısa kəndlə mübadilə gündəmə gəlsin”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

"Baş nazirin müavini Şahin Mustafayevin ofisindən yayılan bəyanatda məhz işğal altında olan anklav 8 Azərbaycan kəndinin qaytarılması ilə bağlı məsələ qeyd olunmuşdu. Bəyan edilmişdi ki, anklav olmayan 4 kənd dərhal qaytarılmalıdır. İşğal altında qalan və anklav olan 4 kəndin qaytarılması məsələsi delimitasiya-demarkasiya prosesinin gedişində öz həllini tapsın. Məhz bu təklifə uyğun olaraq, 2024-cü ilin aprel ayında Qazağın anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı”. 

Bu sözləri “Yeni Sabah”a politoloq Oqtay Qasımov deyib.

O vurğulayıb ki, Nikol Paşinyanın Başkəndlə bağlı məsələni tez-tez gündəmə gətirməsi, Ermənistanda növbəti il baş tutacaq parlament seçkiləri ilə əlaqədardır:

“Hazırda Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndləri işğal altında qalmaqdadır. Eyni zamanda Sədərəyin Kərki kəndi də bu vəziyyətdədir. Ermənistan Baş nazirinin Başkəndlə bağlı söylədiyi fikirlərə gəlincə, sülh müqaviləsinin mətninə və şərtlərə uyğun olaraq, tərəflər bir-birinin 1991-ci ildəki sərhədlərini tanıdıqlarını bəyan ediblər.

Sovet dövründə Başkəndin Ermənistana necə verilməsi ilə bağlı sənədlər mövcuddur. Bu proses Azərbaycan xalqının iradəsi və razılığı nəzərə alınmadan həyata keçirilib. Amma bütün hallarda Paşinyan və onun komandasının Başkənd məsələsini tez-tez xatırlatmaları Ermənistanda seçki prosesinə start verilməsi ilə bağlıdır. Paşinyan bu məsələlərlə bağlı müxalifətin arqumentlərini zəiflətmək üçün özü Başkənd mövzusunu qabardır”. 

Politoloq qeyd edib ki, anklav ərazilərə yerli sakinlərin yenidən geri qaytarılması, onların təhlükəsizliyi ilə bağlı məsələ müəyyən problemlər və risklər mövcud ola bilər:

“Digər tərəfdən, Paşinyan həm də düşünür ki, bu ərazilər Ermənistana qaytarılmalıdır. Ola bilər hansısa anklav kəndlə Başkəndin mübadiləsi də gündəmə gəlsin. Bu ehtimalların mətbuatda səsləndirilməsinin tərəfdarı deyiləm. Bir şey nəzərə alınmalıdır ki, anklav ərazilərə yerli sakinlərin yenidən qaytarılması, onların təhlükəsizliyi ilə bağlı məsələ müəyyən problemlər və risklər mövcud ola bilər. Bütün bunların hamısı ciddi şəkildə düşünülməli, dəyərləndirilməli və uyğun qərarlar alınmalıdır.

Fikirimcə, Başkənd Azərbaycanda qalmalıdır və bunun əsas arqumentlərindən biri kimi də Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu maddi və mənəvi zərərlərin əvəzinin kiçik bir hissəsi kimi qəbul olunmalıdır”.

Xatırlatma: Nikol Paşinyan bildirib ki, ölkəsi SSRİ dövründə Azərbaycan daxilində yerləşən erməni anklavı Artsvaşeni (Başkənd) geri qaytarmalıdır.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri