Basketbol Federasiyası məşhur portalla müqavilə imzaladı
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aylıq 28 milyon izləyicisi olan məşhur idman statistika tətbiqi “Sofascore” ilə Azərbaycan Basketbol Federasiyası arasında rəsmi müqavilə imzalanıb
Apasport.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dünyada idmanının ən son statistik göstəricilərini və nəticələrini izləmək üçün hazırlanmış bir tətbiq olan “Sofascore” şirkəti ilə Azərbaycan Basketbol Federasiyası (ABF) arasında müqavilə imzalanıb. Başda Azərbaycan Basketbol Liqasının (ABL) oyunları olmaqla, ölkə basketboluna dair bütün statistik göstəriciləri basketbol həvəskarlarına təqdim edəcək “Sofascore”, Azərbaycan basketbolu ilə qlobal azarkeş auditoriyası arasında böyük bir körpü yaradır.
Qeyd edək ki, aylıq 28 milyondan artıq istifadəçisi olan “Sofascore” şirkəti ilə imzalanmış bu müqavilə, ölkə basketbolunun dünyada daha geniş kütlə tərəfindən tanınmasına xidmət göstərəcək.
"Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur" NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır" ABL: IV turun oyun cədvəli müəyyənləşib "Sumqayıt" 3 legioneri ilə yollarını ayırıb - Rəsmi “Abşeron”dan çətin qələbə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Noyabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















