Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Başlanğıcda bütün pullarımı itirdim, indi isə 15 ildir bazardayıq “Zəfəroğlu İnşaat”ın təsisçisi

Başlanğıcda bütün pullarımı itirdim, indi isə 15 ildir bazardayıq “Zəfəroğlu İnşaat”ın təsisçisi

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Risk etmədən böyük uğur qazanmaq çətindir, amma bu risk ağıllı və hesablanmış olmalıdır. Uğur qazanmaq üçün isə təkcə yaxşı bir ideya kifayət etmir, onu düzgün idarə etməyi də bacarmalısan".

Bu sözləri Azərbaycanın aparıcı inşaat şirkətlərindən biri olan “Zəfəroğlu İnşaat”ın təsisçisi və direktoru Zəfər Məmmədov Metbuat.az-a müsahibəsində deyib.

O, biznes dünyasında keçdiyi çətin yollar, dövlət-sahibkar münasibətləri, biznes etikası və gənc sahibkarlara tövsiyələri ilə bağlı fikirlərini bizimlə bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

Zəfər bəy, müsahibələrinizin birində işə ilk başlayanda mövcud çətinliklərdən danışmışdınız. Bəs hazırda, işə ilk başladığınız vaxtlarla müqayisədə biznes mühitində hansı əsas dəyişiklikləri müşahidə edirsiniz?

- İlk işə başladığım dövrlə müqayisədə bu gün biznes mühitində daha çox şəffaflıq və rəqabətlilik hiss olunur. O vaxtı, evdən təhsil haqqı üçün verilən pulla “RAF” alıb, marşruta buraxdıq, özüm də konduktorluq edirdim. Bu işə başlayanda təcrübəm yox idi, təcrübəsizlikdən əlimdə olan bütün pullarımı itirdim. Tikintinin inkişaf etdiyi vaxtda daşınmaz əmlak agentliyi yaratdım, 1 ildə 70 əməkdaş və 5 filialımız vardı. Mən 2010-cu ildə “Zəfəroğlu İnşaat” şirkətini yaratdım, artıq 15 ildir bazardayıq.

Hazırda dövlətin sahibkarlara verdiyi dəstək artıb, xüsusilə vergi güzəştləri və biznes təşviqləri sahəsində irəliləyişlər var. Əvvəllər bir çox proseslər çətin və vaxt aparan idisə, indi rəqəmsallaşma və texnologiyaların tətbiqi işlərin idarə olunmasını və bazara çıxışı xeyli asanlaşdırıb. Qısaca desək, indiki dövrdə biznes qurmaq üçün daha əlverişli şərait mövcuddur, amma bununla yanaşı, rəqabət də güclənib. Uğur qazanmaq üçün artıq təkcə yaxşı bir ideya kifayət etmir – onu düzgün idarə etməyi də bacarmaq lazımdır.

Risk etməyin vacibliyini dəfələrlə vurğulamısınız. Bəs sizcə, bir sahibkar üçün risk etmə ilə məsuliyyətli qərar vermə arasında balansı necə qorumaq olar?

- Risk etmək biznesdə irəli getməyin əsas şərtlərindən biridir, amma bu, düşünülmədən atılan addım olmamalıdır. Mən hər zaman deyirəm ki, risk etmədən böyük uğur qazanmaq çətindir, amma bu risk ağıllı və hesablanmış olmalıdır. Balansı qorumaq üçün sahibkar ilk növbədə bazarı yaxşı araşdırmalı, maliyyə təhlilini aparmalı və ən əsası, uzunmüddətli perspektivi nəzərə almalıdır. Risk sadəcə “cəhd edək, görək nə olur” prinsipi ilə olmamalıdır. Hər riskin arxasında bir plan və alternativ yollar olmalıdır ki, işlər istədiyimiz kimi getmədikdə çıxış yolu tapa bilək. Yəni risk etməyi bacarmaq vacibdir, amma onu məsuliyyətli qərarlarla tarazlaşdırmaq daha vacibdir. Bu balansı qoruya bilən sahibkar uzunmüddətli uğura daha yaxın olur.

Yeni biznes quran şəxslər üçün ən böyük səhvlərdən biri bazar araşdırması aparmamaqdır. Azərbaycanda bazar araşdırması etməyin effektiv yolları hansılardır?

- Bazar araşdırması biznesin uğurla inkişaf etməsi üçün əsas addımlardan biridir. Ən effektiv yol sektorla bağlı statistik məlumatlardan, dövlət qurumlarının hesabatlarından və yerli tədqiqat şirkətlərinin təhlillərindən istifadə etməkdir. Bu məlumatlar sahibkara bazarın real vəziyyəti, tələbat və rəqabət mühiti haqqında obyektiv fikir əldə etməyə kömək edir. Bundan əlavə, rəqəmsal platformalar və sosial media da çox güclü vasitədir. Müştəri rəylərini izləmək, bazar trendlərini analiz etmək və hətta potensial alıcıların gözləntilərini başa düşmək üçün bu kanallar olduqca faydalıdır. Biznesin uğurlu olması üçün yalnız rəqəmlərə deyil, həm də real insanların ehtiyac və problemlərinə diqqət yetirmək lazımdır.

Komanda qurmağın çətinlikləri bütün sahibkarları düşündürən məsələlərdəndir. Uğurlu bir komanda yaratmaq üçün sahibkarlar hansı prinsiplərə əməl etməlidirlər?

- Uğurlu komanda qurmaq üçün sahibkarlar ilk növbədə düzgün insanları seçməli, onlara inkişaf və təşəbbüs üçün imkanlar yaratmalıdır. Komanda üzvləri ilə şəffaf və açıq ünsiyyət, motivasiyaedici mühit və hər kəsin töhfəsinin dəyərləndirilməsi əsas prinsiplərdəndir.

Məlumdur ki, yeni yaranan şirkətlərin 80 faizi 10-15 il ərzində bağlanır. Sizcə, uzun müddət bazarda qala bilən şirkətlərin əsas xüsusiyyətləri nələrdir?

- Bazarda uzun müddət qala bilmək üçün şirkətlər çevik, innovativ və müştəriyönümlü olmalıdır. Uğurlu bizneslər bazar dəyişikliklərinə tez uyğunlaşmağı bacaran, müştəri ehtiyaclarını daim izləyən və onlara uyğun həllər təqdim edən şirkətlərdir. Eyni zamanda, güclü maliyyə idarəetməsi biznesin dayanıqlılığını qorumaq üçün vacibdir. Hər hansı böhran zamanı düzgün maliyyə strategiyası olmayan şirkətlərin bazarda mövcudluğunu qoruması çətin olur. Bundan əlavə, effektiv komanda da uğurun əsas sütunlarından biridir. Düzgün insanlarla işləmək, komanda ruhunu qorumaq və hər kəsin ortaq məqsəd üçün çalışmasını təmin etmək şirkətin uzunmüddətli uğur qazanmasına kömək edir.

İqtisadiyyat inkişaf etdikcə bazarlar doymuş vəziyyətə gəlir. Yeni bizneslər üçün boşluqları və fürsətləri necə müəyyənləşdirmək olar?

- Düşünürəm ki, bazar boşluqlarını müəyyənləşdirmək üçün ilk növbədə müştəri davranışlarını analiz etmək vacibdir. İnsanlar nə istəyir, hansı problemlərlə qarşılaşır və mövcud bazardakı həllər onların tələblərinə nə dərəcədə cavab verir – bunları anlamaq sahibkara unikal fürsətlər yarada bilər. Eyni zamanda, beynəlxalq təcrübələri izləmək də çox önəmlidir. Dünyada hansı yeniliklər tətbiq olunur, hansı biznes modelləri uğur qazanır və bunlardan hansılarını yerli bazara uyğunlaşdırmaq mümkündür? Bu suallara cavab tapmaq yeni imkanlar yaratmağa kömək edir. Əsas məsələ sadəcə bazarda mövcud olanı təkrarlamaq yox, həll olunmamış problemləri tapıb, onları daha effektiv şəkildə həll edə biləcək fərqli və dəyərli bir yanaşma təqdim etməkdir.

Azərbaycanda keyfiyyətli iş təqdim edən işçi qıtlığının olduğu barədə tez-tez danışılır. Sizcə, bu problemin əsas səbəbləri nələrdir və həll yolları necə olmalıdır?

- Bu problemin əsas səbəblərindən biri peşəkar bacarıqların lazımi səviyyədə olmaması və iş mühitinə uyğunlaşma çətinlikləridir. Çox vaxt gənclər ali təhsil alırlar, amma real iş şəraitinə gəldikdə praktik bacarıqlara malik olmurlar. Bu da onların iş həyatına adaptasiyasını çətinləşdirir və işəgötürənlərin qarşısına əlavə maneələr çıxarır. Bu problemin həlli üçün praktiki bacarıqlara yönəlmiş təlim proqramlarının sayını artırmaq lazımdır. Universitetlər və iş dünyası arasında əlaqə daha sıx olmalıdır ki, tələbələr təkcə nəzəri bilik deyil, real təcrübə də qazansınlar. Universitet-sənaye əməkdaşlığı gücləndirilməlidir ki, gənclər oxuduqları sahəyə uyğun olaraq istehsalat və real layihələr üzərində işləyə bilsinlər. Bu, həm işəgötürənlər üçün daha hazırlıqlı kadrların yetişməsinə, həm də gənclərin iş tapmaqda daha az çətinlik çəkməsinə kömək edəcək.

İnvestisiyanı ölkə daxilində saxlamaq üçün sahibkarları təşviq edəcək mexanizmlər hansılar ola bilər?

- İnvestorları ölkə daxilində təşviq etmək üçün ilk növbədə vergi güzəştləri, ucuz maliyyələşmə imkanları və bürokratik maneələrin aradan qaldırılması kimi dəstək mexanizmləri yaradılmalıdır. Sahibkarlar üçün əlverişli biznes mühiti formalaşdırmaq həm yerli, həm də xarici investorların cəlb olunmasını sürətləndirir.

Bundan əlavə, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi vacibdir. Dövlət qurumları biznes sektorunun ehtiyaclarını daha yaxından izləməli, sahibkarlarla qarşılıqlı dialoq qurmalı və onların inkişafına mane olan problemləri çevik şəkildə həll etməlidir. Əgər sahibkarlar dövlətin onlara dəstək verdiyini görsələr, daha çox investisiya qoymağa və bizneslərini genişləndirməyə həvəslənəcəklər. Bu isə iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin yaranmasına müsbət təsir edəcək.

Dünya tendensiyalarını nəzərə alaraq, Azərbaycanda tikinti sahəsində hansı yeni texnologiyalar tətbiq edilə bilər?

- Azərbaycanda tikinti sahəsində 3D beton çap texnologiyaları, ağıllı ev sistemləri və ekoloji cəhətdən dayanıqlı materialların tətbiqi artıq mümkündür və bu, sektorun gələcəyi üçün böyük potensial vəd edir. Bu texnologiyalar tikinti proseslərini sürətləndirməklə yanaşı, xərclərin azaldılmasına və tikinti keyfiyyətinin yüksəldilməsinə kömək edə bilər.3D beton çap texnologiyası tikinti materiallarının istifadəsini optimallaşdırır, tullantıları azaldır və daha sürətli, sərfəli inşaat həlləri təqdim edir. Ağıllı ev sistemləri isə yaşayış binalarında enerji səmərəliliyini artıraraq sakinlər üçün daha rahat və təhlükəsiz mühit yaradır. Bundan əlavə, ekoloji dayanıqlı materialların tətbiqi həm ətraf mühitə olan təsiri azaldır, həm də uzunmüddətli perspektivdə iqtisadi baxımdan daha sərfəli olur. Bu innovativ həllərin yerli bazarda geniş yayılması üçün həm tikinti şirkətləri, həm də dövlət qurumları bu istiqamətdə addımlar atmalı, yeni texnologiyaların tətbiqini təşviq etməlidirlər. Belə yeniliklər bazarda rəqabəti artıraraq sektoru daha da inkişaf etdirə bilər.

Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artımı müşahidə olunur. Sizcə, bu tendensiya gələcəkdə də davam edəcəkmi?

- Son illərdə tikinti xərclərinin artması, tələb-təklif balansındakı dəyişikliklər və şəhərsalma layihələri mənzil və kommersiya obyektlərinin qiymətlərinə ciddi təsir göstərib. Xüsusilə, tikinti materiallarının qiymətinin qalxması, işçi qüvvəsi ilə bağlı xərclərin artması və urbanizasiya prosesinin sürətlənməsi bu tendensiyanı gücləndirib.Bu prosesin yaxın illərdə də davam edəcəyi gözlənilir, xüsusilə Bakı və digər iri şəhərlərdə. Əhalinin şəhərlərə axını və infrastruktur layihələrinin genişləndirilməsi mənzil bazarında qiymət artımına təsir edən əsas amillərdən biridir. Digər tərəfdən, yeni texnologiyaların tətbiqi və daha səmərəli tikinti metodlarının istifadəsi müəyyən qədər bu xərcləri optimallaşdıra bilər. Uzunmüddətli perspektivdə, bazar şəraitini sabit saxlamaq üçün dövlətin tənzimləyici addımları, subsidiyalar və tikinti sektorunda rəqabət mühitinin inkişaf etdirilməsi önəmli rol oynaya bilər. Bu cür yanaşmalar həm investorlar, həm də alıcılar üçün daha balanslı və əlverişli mühit formalaşdıra bilər.

Azərbaycan tikinti bazarında xarici investorların rolu nə dərəcədə əhəmiyyətlidir və onların cəlb olunması üçün hansı addımlar atılmalıdır?

- Xarici investorlar tikinti sektoruna təkcə kapital deyil, həm də texnologiya və təcrübə gətirirlər. Onların iştirakı sektorda innovasiyaların tətbiqini sürətləndirir, yeni tikinti metodlarının və daha səmərəli idarəetmə modellərinin yayılmasına səbəb olur.Bu investorları cəlb etmək üçün ilk növbədə investisiya mühitinin daha da şəffaf olması, hüquqi təminatların gücləndirilməsi və infrastruktura sərmayə qoyuluşunun artırılması vacibdir. Xarici sərmayədarlar üçün ən önəmli məqamlardan biri onların kapitalının təhlükəsizliyinin və uzunmüddətli hüquqi müdafiəsinin təmin olunmasıdır. Bundan əlavə, dövlətin və özəl sektorun əməkdaşlıq çərçivəsində beynəlxalq tikinti sərgilərində və biznes forumlarında aktiv iştirak etməsi Azərbaycanın tikinti bazarını xarici sərmayədarlar üçün daha cəlbedici edə bilər. Əgər doğru addımlar atılarsa, bu, sektorun inkişafına təkan verərək həm yerli, həm də xarici şirkətlər üçün yeni imkanlar yaradacaq.

Zəfər bəy, müsahibə üçün təşəkkür edirik!

- Mən təşəkkür edirəm! Biznes və sahibkarlıqla bağlı bu cür müzakirələr aparmaq həmişə vacibdir. Azərbaycan tikinti sektoru sürətlə inkişaf edir və bu sahədə uğur qazanmaq istəyən hər kəs üçün imkanlar genişdir. Əsas odur ki, risk etməkdən çəkinməyək, bazarı düzgün analiz edək və innovativ yanaşmalara açıq olaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Fevral 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri