Icma.az
close
up
RU
“Başlıbel qətliamı Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib

“Başlıbel qətliamı Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib.

MEK-dən Turkustan.az-a bildirilib ki, öncə şəhidlərin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov tədbiri açaraq kitabda ermənilərin Cənubi Qafqaza köçürülmələrinin, onların iki əsr boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı aktlarının və 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı törətdikləri qətliamların ətraflı təhlil olunduğunu, Qarabağ müharibəsi və nəticələri haqqında tarixi sənədlərə söykənən faktların verildiyini vurğulayıb. O, tarixi faktlara Başlıbel qətliamının şahidi olan müəllifin gözü ilə baxmağın kitabı daha dəyərli etdiyini bildirib.

Kitabın müəllifi Arif Süleymanov ermənilərin tarix boyunca Azərbaycan torpaqlarına əsassız iddialarından, dinc sakinlərə qarşı törətdikləri faciələrdən danışıb. Bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 76 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıb. Aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.

Müəllif onu da qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində, rəşadətli Ordumuzun qəhrəmanlığı ilə işğaldan azad edilən rayonlarda, o cümlədən Kəlbəcərdə bu gün sakinlər öz doğma kəndlərini ziyarət edirlər. A.Süleymanov diqqətə çatdırıb ki, faciəni yaşamış bir insan kimi bundan sonra vəzifələrindən biri belə qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov kitabın yüksək elmi və tarixi dəyərə malik olduğunu vurğulayıb. Alim belə tədbirlərin və nəşrlərin cəmiyyət üçün önəmini qeyd edərək onların geniş şəkildə təbliğinin vacibliyini bildirib. M.Mərdanov daha əvvəl ingilis dilində nəşr olunan kitabın xülasəsinin dünya ictimaiyyətinə təqdim edilməsini mühüm addım kimi qiymətləndirib və əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi ən ağır müharibə cinayətlərindən olan Başlıbel qətliamı haqqında məlumatlar Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışından sonra ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına daxil edilib.

Deputat vurğulayıb ki, Arif Süleymanovun bu tədqiqat əsəri indiyədək çap olunmuş kitablara və məqalələrə, bütövlükdə hadisələrin tarixinə yeni yanaşmadır. Cavanşir Feyziyev Başlıbeldən danışarkən ilk növbədə mərhum professor Əli Mirzəyevin, Musa Əzizovun, Zülfüqar Hüseynzadənin işıqlı xatirəsini hər zaman ehtiramla yad etdiklərini, fədakar ziyalılarımız Elxan Salahovun, Sönməz Ələkbərin, Xalid Kazımovun, Etibar Seyidağanın, Vüsalə Məmmədovanın əməyini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

İctimai-siyasi xadim, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bu cür faciələrin araşdırılması və yaddaşlara həkk olunmasının vacibliyini qeyd edərək sözügedən kitabın tədqiqatçılar üçün mənbə olacağını vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, şair Adil Cəmil, Nüşabə Məmmədli, Yasəmən Möhübbətqızı, Lətifə Məmmədova, Nəzakət Məmmədova, Qadir Hüseynov, Natəvan Dəmirçioğlu, Namiq Dəlidağlı, “Mədəniyyət” qəzetinin baş redaktorunun müavini Fariz Yunisli çıxış edərək Başlıbel qətliamının araşdırılmasının, tədqiqinin dövlətimiz tərəfindən diqqətdə saxlanıldığını deyiblər.

Tədbir zamanı qətliam haqqında videoçarx nümayiş edilib, şeirlər səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Aprel 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri