Başqaları ilə dava edən ata və oğlu polislərə bıçaqla hücum etdi; 4 nəfər yaralandı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Aksaray şəhərində iki qrup arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Hadisə yerinə gələn polis əməkdaşları kütləvi davanı ayırmaq istəsələr də, vəziyyət gözlənilməz şəkildə gərginləşib.
Avtosfer.az xəbər verir ki, ata və oğul davaya müdaxilə edən polis əməkdaşlarına yumruq, təpik və hətta bıçaqla hücum ediblər. Nəticədə 2-si polis olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.
Hadisə anı ətrafdakı vətəndaşların mobil telefonları ilə lentə alınıb və kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə polislərin davanı sakitləşdirmək istədiyi an qəfil hücumla qarşılaşdığı açıq şəkildə görünür.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxslər isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Eltac Zülfüqaroğlu


