Icma.az
close
up
RU
Özünü başqaları ilə müqayisə etmək niyə pisdir?

Özünü başqaları ilə müqayisə etmək niyə pisdir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanlar gündəlik həyatda  tez-tez özlərini başqaları ilə müqayisə edir.

Bəzən başqalarında gördüklərini öz həyatına tətbiq etməyə çalışmaq ruhlandırıci olsa da, çox vaxt bu, özünəinamın azalması və psixoloji problemlərin əlaməti ola bilir.

Bəs insanlar özünü başqaları ilə müqayisə etməyə niyə meyillidirlər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən psixoloq Elgün Ağarzayeva bildirib ki, uşaqlıqda müqayisə edilən insanlar psixoloji çətinlik yaşayır:

"İnsanlar özlərini sosial şəbəkələrdə gördükləri həyat tərzi ilə və ya yaxınları ilə müqayisə etdikdə, bu, onların psixologiyasına mənfi təsir göstərə və bir sıra problemlərin yaranmasına səbəb ola bilər.

İlk növbədə, insan özünü daha irəlidə, yaxşı həyat yaşayan insanlarla müqayisə edir. Bu müqayisədə balans pozulur və insan müqayisə zamanı özünü daha aşağıda gördüyü üçün depressiyaya düşə bilir.

Bu keçmişdə böyümə tərzi ilə əlaqədar ola bilər, uşaqlıqda aldığımız tərbiyə bizi bütün ömür boyu izləyir, həyatımıza təsir göstərir.

Uşaqlıqda daha çox müqayisə edilərək böyüdülmüş, valideynləri tərəfindən digərlərinin uğurları vurğulanmış və öz övladının uğurları daha çox qabardılmamış şəxslərdə gələcəkdə özünü müqayisə meyilləri daha yüksəkdir".

Onun sözlərinə görə, özünü başqaları ilə müqayisə etmək balansı pozur:

"Digər insanlarla özünü müqayisə gələcəkdə öz dəyərlərinin aşağı düşməsi, hətta anksiyete (qayğı pozuntusu) gətirib çıxara bilər. Şəxsin bütün müqayisələri beynində aparması, boş zamanlarını müqayisələrlə dəyərləndirməsi bir müddət sonra apsesiyalara gətirib çıxara bilər.

Digər tərəfdən, bu, şəxsin real mənliyi ilə ideal mənliyi arasındakı balansın pozulmasına səbəb ola bilər. Real mənlik, insanın özünü olduğu kimi qəbul etməsi və qiymətləndirməsi, ideal mənlik isə insanın olmaq istədiyi şəxsiyyət və özünü görmək istədiyi formadır.

Şəxs özünü digərləri ilə müqayisə etdik də ideal mənliyi adekvat olmur, yeni şəxs öz həyat tərzinə uyğun olmayan, fərqli həyat tərzi olan insanlarla özünü müqayisə etdikdə onların həyatını yaşamaq istəyir və artıq real məni özünə yox digərinə uyğunlaşdırılır". 

Psixoloq qeyd edib ki, daimi və uyğunsuz müqayisə psixoloji narahatlıq yarada bilər:

"Belə müqayisələr gələcək planlarımıza, hədəflərimizə təsir göstərir, insan özümüzə uyğun olmayan hədəfləri qarşısına qoya bilir. Təbii ki, həmin hədəflərə çatmadıqda da məyusluq və depressiya halı yaşaya bilir.

Müqayisə etmək normal haldı, insanın şəxsiyyətinə uyğun olan davranışdı. Amma təbii ki, hər bir davranış kimi həddində olduğunda və real obyekt, şəxslərlə özünü müqayisə etməsi daha məqbuldu. Daimi olaraq müqayisə aparması şəxsin travma və psixoloji narahatlıqlar ilə əlaqədar ola bilər".
Gülər 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri