Icma.az
close
up
RU
Başqası ilə eşq yaşayırdı Həyat yoldaşını qətlə yetirən şəxs

Başqası ilə eşq yaşayırdı Həyat yoldaşını qətlə yetirən şəxs

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin  növbəti məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, bildirib ki, hadisəyə səbəb yoldaşının ona xəyanət etməsi olub:

“2016-cı ildən evli idik. 3 övladımız var idi. Münasibətlərimiz yaxşı olub. Onun telefon işlətməyinə qadağan etmişdim. Buna səbəb əvvəllər də onun başqasıyla eşq yaşadığını və sevgi mesajlarını tutmuşdum. Bunun üçün biz hətta bir müddət ayrı yaşadıq. Sonra barışdıq. Bundan təxminən 10 gün sonra təkrar onun xəyanətini tutdum. Ona bıçaqla zərbələr endirdim. Həmin an məqsədim onu öldürmək idi”.

Təqsirləndirilən hadisəni törədərkən içkili olduğunu bildirib:

“Hadisə günü mən məhəllədəki kafedə içki içdim. Sonra evə gəldim. Ona bıçaqla 3 zərbə vurdum. Lakin ekspertiza 11 zərbə vurduğum barədə rəy verib. İçkili olmasaydım hadisəni törətməzdim. Özümü  təqsirli bilirəm”. 
Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə,  qızına qoyulan telefon qadağasından xəbəri var idi:

“Bəxtiyara öz balam kimi baxmışam. Çünki o mənim qardaşımın əmanətidir. Mən Bəxtiyara dəfələrlə dedim ki, telefona icazə versin. Lakin məni dinləmədi. Bunun üçün hətta 2 ay ayrı yaşadılar. Sonra mən Bəxtiyara boşanmaq üçün aidiyyati üzrə müraciət edəcəyimi dedim. Bəxtiyar maddi duruma görə indi deyil yanvarda boşancağını dedi. Mən onlara hər zaman dəstək olmuşam. Bəxtiyara maşın belə aldım. Lakin o, məndən balamı aldı”.

Samirə Həsənova bildirdi ki, hadisə ilə bağlı ona oğlu məlumat verib:

“Oğlum mənə hadisəni dedi. Ora getməyə ürəyim gəlmədi. Xəstəxanaya yollandım. Bəxtiyarı görmədim. Onun təslim olmağa polisə getdiyini öyrəndim. Onu bağışlamıram. Şikayətçiyəm”.

Məhkəmə 19 fevralda davam etdiriləcək. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada ölüb. 

Hadisənin ailədaxili qısqanclıq zəminində törədilməsi bildirilir.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri