Biləsuvarda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakupost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Sevinc Əhmədağayevanı qətlə yetirən şəxsə hökm oxundu
14 Yanvar 2025 14:32
85 yaşlı anasını qətlə yetirən şəxsə hökm oxundu
18 Noyabr 2024 11:24
17 yaşlı oğlanı qətlə yetirən şəxsə HÖKM OXUNDU
09 Dekabr 2024 15:22
Aktyor və xanımını qətlə yetirən şəxsə HÖKM OXUNDU
10 Aprel 2025 14:07
Həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxundu
26 Noyabr 2024 11:16

