Bastrıkinin Bakıya məktubu: Kreml hansı qərarı verdi?
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi məktubda cinayət işinə xitam verildiyi bildirilib. Demək, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O, xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Nazir mətbuat konfransında bağlanan “Rus Evi” məsələsinə nöqtə qoyub. Nazirin sözlərinə görə, Rusiya təmsilçiləri ilə “Rus Evi” ilə bağlı ən son təmas bir neçə həftə öncə olub və ləğvetmə prosesi tam başa çatıb.
Beləliklə, bu məsələ qapanıb. Halbuki bəzən Rusiyaya bağlı informasiya mərkəzləri “Rus Evi”nin yenidən fəaliyyətə başlayacağı barədə dezinformasiyalar yayırlar. Bakıda “Rus Evi”nin bağlanması Kremlə pis təsir edib. Çünki vaxtilə Kremlin təşəbbüsü ilə müxtəlif ölkələrdə yaradılan “Rus evləri” Rusiyanın işğalçı maraqlarına xidmət etməli idi. Bakıda “Rus Evi”nin qanunsuz fəaliyyət göstərməsinin və Rusiya xəfiyyələrinin mərkəzinə çevrilməsinin qarşısı alındı. Rəsmi Bakının “Rus Evi”ni qapatması qərarı başqa ölkələrdə fəaliyyət göstərən bir neçə “Rus Evi”nin qapadılması üçün müsbət örnək oldu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Dekabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















