Icma.az
close
up
RU
Başuaa… ölkənin ən yaxşı futbolçusunun acı sonu

Başuaa… ölkənin ən yaxşı futbolçusunun acı sonu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Kim nə deyir-desin, Qurban Qurbanov məhz aprelin 11-də - “Şamaxı” ilə oyundan sonra çempionluğun əldən getdiyini anladı, mətbuat konfransında ətrafa ümidsizlik saçdı.

İki tur əvvəl “Kəpəz”dən alınan sensasiyalı məğlubiyyət də kral hocanı sarsıtmamışdı, sona qədər “Sabah”a müqavimət göstərə biləcəyinə, ən azı çempionluq intriqasını yaşadacağına əmin idi. Ardıcıl uğursuzluqlar onda istər-istəməz günahkarı tapmaq həvəsi yaratdı. Tahir Gözəlin də qatıldığı iclas rəhbərlik səviyyəsində problemlərin öhdəsindən gəlmək cəhdi idi, amma Qurban bəyin növbəti addımı komandadaxili mənzərəyə aydınlıq gətirdi. O, iki oyunçunu – Abbas Hüseynovla Elvin Cəfərquliyevi qurban verdi.
Abbasla bağlı məsələ aydındı, açığı, bu müdafiəçi bəzi hallarda mənə heç “Qarabağ” səviyyəsinə uyğun futbolçu kimi görünmürdü. Amma Elvin... Bir müddət əvvəl bütün Azərbaycanın az qala başına and içdiyi, cəmi 4 ay əvvəl “Futbol+”in ümummilli sorğusunda futbol ictimaiyyətinin səsini almaqla ilin ən yaxşı futbolçusu seçilən birisi...
Təəssüf ki, Elvinin ümumi intellektual səviyyəsi şöhrətin parıltısından, cazibəsindən çıxmağa imkan vermir. Stadionda, Toral Bayramovun qızının doğum günü məclisində, ən müxtəlif yerlərdə etdiyi düşük zarafatlar, vacib oyunlar ərəfəsində intizamın pozulması, əyləncə məkanlarına səfərlər – bir sözlə, Elvin indiki aqibətinə doğru addım-addım gəlirdi. Özü də bütün bunları daim sərt nizam-intizam qaydaları ilə seçilən, futbolçularının gec saatlarda harda olduğunu müəyyənləşdirmək üçün onların üzərinə az qala “çip” yerləşdirən Qurban Qurbanovun yanında, komandasında edir. Çoxdankı dostu Abbas Hüseynovla birgə.
Əslində Elvin bu potensialla nəinki “Qarabağ”da, qitənin istənilən futbol ölkəsində, bəlkə də istənilən komandada özünə yer edə bilərdi. Amma ustalığını artırmaq əvəzinə “Başuaa...” qışqırmaq yolunu tutdu. O yolu tutanın yeri isə “Qarabağ”ın əvəzedici heyətidi. Ondan sonra da ya kafe, ya da restoran. Daha hansı sifətdə və statusda – özün bilərsən. Başuaa...
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri