Batan bərədə azərbaycanlılar da ola bilər
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Girnə sahillərində batan bərədə ölənlərin olduğunu, xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı AZƏRTAC-a açıqlama verən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu hələlik bərədə olan sərnişinlərin siyahısının açıqlanmadığını, lakin gəminin heyətində azərbaycanlıların da olması ehtimalının istisna edilmədiyini bildirib.
Məlumata görə, Türkiyədə yaşayan və sözügedən istiqamətdə işləyən səfərdə çalışan azərbaycanlı var. Lakin onun hadisə zamanı növbədə olub-olmadığı barədə hələlik məlumat yoxdur.
“Hadisədə həyatını itirən və ya xəsarət alan şəxslərin hamısı bizim üçün eyni dərəcədə əzizdir. Hazırda əsas gözlənti rəsmi siyahının açıqlanmasıdır”, - deyə Orxan Həsənoğlu bildirib.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində 267 sərnişini daşıyan bərə batıb. Ekipaj heyəti ilə birlikdə gəmidə 279 nəfərin olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 30 Avqust 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















