Batıgöz klinikalarında təcrübə proqramı keçirilib
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Medco Hospital Group” (Batıgöz klinikaları) tələbələr və karyerasına yeni başlayan gənclər üçün təcrübə proqramları təşkil edib.
Gununsesi.info xəbər verir ki, qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində gənclərin əmək bazarına hazırlanmasına dəstək göstərir.
Qurum tərəfindən insan resurslarının idarə edilməsi, mühasibatlıq, marketinq və müştəri əlaqələri sahələri üzrə təcrübə proqramları keçirilib. Proqramlarda iştirak edən gənclər həm baş ofisdə, həm də Batıgöz klinikaları şəbəkəsində iş proseslərinə qoşulublar.
Təcrübəçilər nəzəri biliklərini real iş mühitində tətbiq etmək, sahələrin iş prinsiplərini öyrənmək və peşəkar komandalarla birgə çalışmaq imkanı əldə ediblər.
İmtahan nəticələri yüksək olan namizədlər işə qəbul edilib.
Təcrübə proqramını uğurla başa vuran gənclərlə “Medco Hospital Group”un baş icraçı direktoru Tural Kərimovun iştirakı ilə yekun görüş keçirilib. Görüşdə gənclərin qazandığı təcrübədən danışılıb və onlara iştirakçı sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Medco Hospital Group” gənclərin inkişafına yönəlmiş proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsini planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















