Icma.az
close
up
RU
“Bavariya” 1/8 finala adladı, Kökçü məşqçi ilə dalaşdı

“Bavariya” 1/8 finala adladı, Kökçü məşqçi ilə dalaşdı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

C qrupunda 2-ci turun oyununda “Bavariya” “Boka Xuniors”un öhdəsindən çətinliklə gəldi – 2:1.

"Football-plus.az" xəbər verir ki, ilk yarıda komandalar arasında səviyyə fərqi açıq-aşkar görünürdü. Olisenin vurduğu “quru yarpaq” Qnabrinin qapıçıya hücumu üzündən sayılmadısa, 10 dəqiqə sonra münhenlilər istəyinə nail oldu.
“Oklend”lə oyunda susan Keyn Laymerin ötürməsindən sonra turnirdə qol hesabını açdı. Ardından Koman da fərqlənməyə borclu idi, ancaq dəqiq zərbə vura bilmədi. Yalnız bundan sonra argentinalılar silkələndi. Onlar hətta Noyerin qoruduğu qapıya iki zərbə də vurdular. Qapıçı Zenonun zərbələri zamanı etibarlı oynadı. “Bavariya”dan isə Olise və Keyn fərqlənmək imkanını qaçırdı. 2-ci hissənin ortalarında “Boka Xuniors” almanları cəzalandırdı. Ta ilə Stanişiçi işsiz qoyan Merentiel topu Noyerin əlinin altından qapıya göndərdi. Amma argentinalılar heç-heçəni qoruya bilmədi. 84-cü dəqiqədə Olise Keynin ötürməsindən sonra qapının uzaq aşağı küncünü dəqiq “nişan aldı”. “Bavariya” daha bir neçə dəfə fərqlənə bilərdi. Bununla belə, tabloda hesab bir daha dəyişmədi. “Flamenqo”nun ardından Vensan Kompaninin də komandası pley-offa adladı. “Boka Xuniors” isə son turda “Oklend Siti” üzərində böyükhesablı qələbə qazanmaqla yanaşı, “Benfika”nın büdrəməsinə də bel bağlamalıdı.
Yeri gəlmişkən, Mayamidə keçirilən “Bavariya” – “Boka Xuniors” oyununu 63587 tamaşaçı izlədi ki, bu da turnirdə üçüncü göstəricidi. Yalnız PSJ – “Atletiko” (80619), “Real” – “Paçuka” (70248) oyunlarında stadionda daha çox tamaşaçı olub. Azarkeş sayı baxımından 4-cü yerdə “Real” – “Əl-Hilal” (62415), 5-ci yerdə isə “Əl-Əhli” - “İnter Mayami” (60927) oyunu qərarlaşıb.
2-ci turun digər oyununda “Benfika” “Oklend Siti”ni darmadağın etdi. Di Mariya ilk yarının sonunda hesabı açandan sonra oyun dayandı. Əlbəttə, bunun günahkarı argentinalı ulduz deyildi. Sadəcə, hava şəraitinə görə komandalar iki saat gözləməli oldu. Oyun canlanandan sonra Portuqaliya nəhəngi daha 5 qol vurdu. Di Mariya turnirdə yerinə yetirdiyi 3-cü penaltini də qola çevirdi, Barreyro dubl etdi, Pavlidis və Sançeş də adını tabloya yazdırdı.
Bu oyunda daha bir məqam diqqəti çəkdi. Yığmamızın formasını geyən Ocanzan Kökçünün kiçik qardaşı Orkun münaqişə yaratdı. 61-ci dəqiqədə artıq 2:0 öndə olan “Benfika”nın baş məşqçisi Bruno Laje Orkunu Sançeşlə əvəzləməyə qərar verdi. Türk əsilli xavbek buna çox pis reaksiya göstərdi: üzünü ehtiyat oyunçular skamyasına tərəf tutub söydü, hətta meydandan çıxandan sonra da mübahisəni davam etdirdi. Kökçü Lajeyə qışqırır, baş məşqçi onu sakitləşdirməyə çalışırdı. Təbii ki, bu epizod kameraların “gözündən qaçmadı” və indi fanatlar nəticə ilə yanaşı, Orkunun davranışını da müzakirə edir. Görünür, “Benfika”da komandadaxili durum idealdan çox uzaqdı.
C qrupu, 2-ci tur
Bavariya – Boka Xuniors 2:1 (1:0)

Bavariya (Münhen, Almaniya): Noyer, Gerreyro (Upamekano, 67), Stanişiç, Ta, Laymer, Qoretska (Musiala, 57/Müller, 82), Kimmix, Koman (Sane, 67), Qnabri (Pavloviç, 57), Olise, Keyn.
Boka Xuniors (Buenos Ayres, Argentina): Marçesin, Blanko, Kosta, Di Lollo, Advinkula, Belmonte (Alarkon, 69), Battalya, Velasko (Saraççi, 80), Palasios (Ximenes, 69), Senon (Brayda, 59), Merentiel (Sebalyos, 80).
Qollar: Keyn, 18 (1:0). Merentiel, 66 (1:1). Olise, 84 (2:1).
Vərəqələr: Roxo, 15 (meydandan kənarda). Advinkula, 36. Qoretska, 45+3. Di Lollo, 71 – sarı.
Hakim: Əlirza Feqani (İran).
20 iyun. Maqami. 63587 tamaşaçı.
Benfika – Oklend Siti 6:0 (1:0)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Karreras (Dal, 46), Otamendi, A.Silva (Bayrami, 86), Barreyro, Kökçü (Sançeş, 61), Eursnes (Reqo, 71), Aktürkoğlu (Şelderup, 61), Prestianni (Qoveya, 71), Di Mariya, Pavlidis.
Oklend Siti (Yeni Zelandiya): Gerrou, Bell, Boksall, Den Hayer (Qrey, 80), Mitçell, Laqos, İliç (Manuel, 59), Çji Tun (Qarriqa, 46), Zeb (Manikum, 59), Bevan (De Vris, 73), Yu (Ellis, 59).
Qollar: Di Mariya, 45+8-p. (1:0). Pavlidis, 54 (2:0). Sançeş, 63 (3:0). Barrreyro, 76 (4:0). Barreyro, 78 (5:0). Di Mariya, 90+8-p. (6:0).
Vərəqələr: Karreras, 45+4. Kökçü, 48. Bayrami, 87 – sarı.
Hakim: Salman Flahi (Qətər).
20 iyun. Orlando. 6730 tamaşaçı.
1. Bavariya 2 2 0 0 12-1 6
2. Benfika 2 1 1 0 8-2 4
3. Boka Xuniors 2 0 1 1 3-4 1
4. Oklend Siti 2 0 0 2 0-16 0
Növbəti turun oyunları bu gün keçiriləcək: Benfika – Bavariya, Oklend Siti - Boka Xuniors.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri