“Bavariya” Keynin əvəzinə keçmiş hücumçusunu geri qaytara bilər
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bavariya” zədələnən Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusu Erik Maksim Şupo-Motinqi geri qaytara bilər.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi 37 yaşlı kamerunlu futbolçunun transferini müzakirə edib.
Hazırda MLS təmsilçisi “Nyu-York Red Bullz”da çıxış edən hücumçunun müqaviləsi ilin sonunda başa çatacaq. O, yanvar ayında azad agent kimi Almaniyaya qayıda bilər.
Şupo-Motinqin mövsümün sonunadək altı aylıq müqavilə imzalamağa və Keyn sağaldıqdan sonra ehtiyat oyunçu rolunu qəbul etməyə hazır olduğu bildirilir.
Təcrübəli futbolçunun fiziki vəziyyətinin yaxşı olması və Münhen klubunu yaxından tanıması onun üstünlükləri hesab edilir.
“Bavariya” hələlik yekun qərar verməyib və digər variantları da nəzərdən keçirir.
Qeyd edək ki, Şupo-Motinq 2020-2024-cü illərdə “Bavariya”nın formasını geyinib. O, karyerası ərzində PSJ və “Stok Siti”də də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















