“Ukraynanın hava müdafiəsi gücləndiriləcək” Zelenski
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski gələn ilin yanvarından etibarən ölkədə İsveç istehsalı olan “Gripen” qırıcılarının görünəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində bildirib.
Onun sözlərinə görə, keçirilən Ali Baş Komandanın Qərargahının iclasında əsas diqqət Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarına qarşı müdafiə məsələsinə yönəlib.
Zelenski bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyanın istehsal planları, komponentlərin tədarükü və “Shahed” dronlarından istifadə strategiyası barədə məlumatları var.
Prezident bu təhdidlərə qarşı sanksiyaların gücləndirilməsinin, ixraca nəzarətin sərtləşdirilməsinin və dronları məhv etmək üçün daha çox vasitənin təmin edilməsinin vacibliyini vurğulayıb.
“F-16 təyyarələri Ukraynaya daha çox lazımdır. Yanvar ayından ölkədə olması gözlənilən “Gripen” qırıcılarına da ehtiyacımız olacaq. Müdafiəmiz üçün daha çox təyyarə olacaq. Bu, tamamilə dəqiqdir və çox vacibdir”, – Zelenski qeyd edib.
O, həmçinin Ukrayna silah istehsalçılarından müsbət xəbərlərin olduğunu, reaktiv “Shahed” dronlarına qarşı daha effektiv ələkeçirici vasitələrin hazırlandığını bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Noyabr 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















