Icma.az
close
up
RU
“Bavariya” Keynsiz də güclüdü

“Bavariya” Keynsiz də güclüdü

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Tur “Bavariya”nın Münhenqladbax “Borussiya”sı üzərində asan qələbəsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, zədəli Keyn bu mövsüm ilk dəfə komandasına yardım edə bilməsə də, Münhen nəhəngi rəqibini darmadağın etdi. “Rekordmayster” bu mövsüm 11-ci dəfə bir oyunda ən azı 4 qol vurdu və ümumilikdə 92 qola çataraq 25-ci turlar üçün məhsuldarlıq rekordunu yenilədi.
Şənbə gününün qarşılaşmaları da yetərincə məhsuldar alındı. Bu mövsüm “Bavariya”dan başqa heç kimə uduzmayan Dortmund “Borussiya”sı çətinliklə də olsa, Kölnü fəth etməyi bacardı. Ədalət naminə “keçilər”in ilk yarının sonlarından etibarən azlıqda oynadıqlarını bildirək. “Arılar”ın bundesliqada səfərdəki məğlubiyyətsiz seriyası 9 oyuna yüksəldi. Günün və turun ən məhsuldar oyunu Frayburqda baş tutdu. İki dəfə hesabda geri düşən “Bayer-04” əzmkarlıq nümayiş etdirərək hətta qələbə qazanmağa da yaxın idi. Amma “Frayburq” son anlarda məğlubiyyətdən qurtulmağı bacardı. Qrimaldo bu mövsüm bütün turnirləri nəzər almaqla cərimə zərbəsindən 5-ci qolunu vurdu. O, “Liverpul”lu Soboslaini (4) geridə qoyaraq 2025/26-da “böyük beşlik”də cərimə zərbələrindən ən çox qol vuran futbolçuya çevrildi.
3-cü pillədə qərarlaşan “Hoffenhaym” ötən tur evdə “Sankt Pauli” ilə oyundakı sürpriz məğlubiyyətin əvəzini “Haydenhaym”dan çıxdı. 4-cü pillədə qərarlaşan “Ştutqart” Mayntsda mühüm xallar itirdi. Fasiləyə geridə yollanan şvabiyalılar 2-ci hissədə əzmkarlıq nümayiş etdirsələr də, Da Kosta “karnavalçılar”ı məğlubiyyətdən xilas etdi. Bu nəticə ən çox “Leyptsiq”i sevindirdi. “Öküzlər” də “Aqusburq”la ev oyununda 2-ci hissədə geridönüş etdilər və qələbəni əldən verməyərək xal hesabında “Ştutqart”ı yaxaladılar. “Volfsburq” sözün əsl mənasında batmaqda davam edir. “Canavarlar” bu dəfə evdə debütant “Hamburq”a uduzdular. Xilasedici 15-ci pillə ilə xal fərqi 4-ə yüksəldi! Rəhbərliyin səbr kasası daşdı və baş məşqçi Daniel Bauer ilə idman direktoru Peter Kristensen qovuldu. Halbuki Bauer bu vəzifəyə mövsümün gedişində - dekabrda gətirilmişdi. “Volfsburq”u bataqlıqdan çıxarmaq məsuliyyətini klubun sabiq çalışdırıcısı Diter Hekkinq üzərinə götürüb. “Canavarlar” son titullarını – 2016-da ölkə kubokunu və superkubokunu məhz bu məşqçi ilə qazanıb.
“Ayntraxt” səfərdə “Sankt Pauli”nin müqaviməyini qıra bilmədi. “Union”u gözlənilmədən darmadağın edən “Verder” sentyabrın ortalarından bəri səfərdə ilk qələbəsini qazandı. Düzdü, paytaxt təmsilçisinin 19-cu dəqiqədən etibarən azlıqda oynadığını da bildirək.
25-cü tur
Bavariya – Borussiya M 4:1

Dias, 33. Laymer, 45+1. Musiala, 57-p. Cekson, 79 – Mohya, 89. (75000)
Bavariya: Noyer (Urbiq, 46), Laymer (Kardoso, 61), Upamekano (Stanişiç, 61), Kim Min Ce, Bişof, Kimmix (Dayber, 81), Qoretska, Karl, Musiala, Dias (Gerreyro, 61), Cekson.
Köln – Borussiya D 1:2
Kaminski, 88 – Girassi, 16. Bayer, 60. (50000)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 61), Anton, Şlotterbek, Bensebayni (Zyule, 82), Svensson, Zabitser, Nmeça (Bellingem, 90+1), Bayer (Adeyemi, 82), Brandt, Girassi (F.Silva, 61).
Frayburq – Bayer-04 3:3
Qrifo, 34. Sudzuki, 43. Ginter, 86 – Kofane, 37. Qrimaldo, 45+3. Terrye, 52. (34100)
Bayer-04: Blasvix, Poku (Ermann, 83), Kuansa, Andrix, Tapsoba, Qrimaldo, A.Qarsiya, Fernandes (Palasios, 82), Terrye (Kalbret, 75), Maza (Tillman, 66), Kofane.
Sankt Pauli – Ayntraxt F 0:0
(29546)
Ayntraxt: Setterer, Braun, Amenda, Kox, Kollinz, Larsson, Höylunn (Doan, 66), Çaibi (Arrhov, 87), Kalimuendo (Amaimuni, 83), Bahoya, Burkardt.
Maynts-05 – Ştutqart 2:2
Li Ce Sun, 39. Da Kosta, 90+1 – Demiroviç, 76. Dəniz Undav, 77. (33305)
Ştutqart: Nübel, Assinyon (Narti, 75), Jak (Yeltş, 75), Şabo, Mittelştadt (Hendriks, 84), Ştiller, A.Karazor, Levelinq, Fürix (Tomas, 75), Demiroviç, Dəniz Undav (Arevalo, 84).
Leyptsiq – Auqsburq 2:1
Diomande, 76. Çaves, 90+2-öz qapısına – Fellhauer, 39. (41563)
Leyptsiq: Vandervoordt, Baku (Henrixs, 74), Orban, Lukeba, Raum, Zayvald, Baumqartner, Qruda (Banzuzi, 61), Diomande (Qomis, 75), Nusa (Bakayoko, 61), Romulo (Harder, 74).
Haydenhaym – Hoffenhaym 2:4
Kerber, 63; 84 – Prass, 26; 45+1. Asllani, 49. Lemperle, 78. (15000)
Volfsburq – Hamburq 1:2
Eriksen, 22-p. – Vuşkoviç, 33-p. Dompe, 58-p. (28917)
Union – Verder 1:4
Kön, 18-p. – Deman, 31. Staqe, 36. Qrüll, 66. Çoviç, 90+4. (22012)
1. Bavariya 25 21 3 1 92-24 66
2. Borussiya D 25 16 7 2 55-26 55
3. Hoffenhaym 25 15 4 6 53-33 49
4. Ştutqart 25 14 5 6 50-34 47
5. Leyptsiq 25 14 5 6 48-34 47
6. Bayer-04 25 13 5 7 48-32 44
7. Ayntraxt F 25 9 8 8 48-49 35
8. Frayburq 25 9 7 9 37-42 34
9. Auqsburq 25 9 4 12 31-43 31
10. Hamburq 25 7 8 10 28-36 29
11. Union 25 7 7 11 30-42 28
12. Borussiya M 25 6 7 12 28-43 25
13. Verder 25 6 7 12 29-45 25
14. Köln 25 6 6 13 34-43 24
15. Maynts-05 25 5 9 11 29-41 24
16. Sankt Pauli 25 6 6 13 23-40 24
17. Volfsburq 25 5 5 15 34-55 20
18. Haydenhaym 25 3 5 17 24-57 14
Bombardirlər: Keyn (Bavariya) – 30, Dəniz Undav (Ştutqart) – 15, Dias (Bavariya) – 14, Girassi (Borussiya D) – 12, Tabakoviç (Borussiya M) – 11.
Turun rəqəmi
9 – “Ştutqart”lı Dəniz Undav Maynts səfərində qol və məhsuldar ötürmə ilə fərqləndi. O, bunu şvabiyalıların heyətində bundesliqa çərçivəsində ümumilikdə 9-cu dəfə bacardı. Bu, XXI əsrdə klub rekordunun təkrarlanması deməkdi. Buna qədər 2000-ci ildən bəri “Ştutqart”ın heyətində 9 bundesliqa matçında hesabına həm qol, həm də məhsuldar ötürmə yazan yeganə futbolçu Mario Qomes idi.
Turun ulduzu
Luis Dias (Bavariya) – Keynin yoxluğunda liderlik funksiyasını məhz kolumbiyalı vinger öz üzərinə götürdü. Dias hələ ilk yarıda qol və məhsuldar ötürmə ilə fərqləndi. Bundesliqada ilk mövsümünü keçirməsinə baxmayaraq, o artıq 25 qolun vurulmasında yaxından iştirak edib (14+11). Maraqlıdı ki, bu mövsüm “böyük beşlik”də sırf çempionat matçlarında ən azı 25 qolun vurulmasında yaxından iştirak edən cəmi 5 futbolçu var və onlardan üçü “Bavariya”da top qovur! O biri futbolçular Keyn (30+5) və Olisedi (10+16).
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Son anlarda buraxdığımız qolu nəzərə almasaq, bu gün hər şey ideal idi. Meydandakı futbolçular nəyə görə “Bavariya”da oynamağa layiq olduqlarını nümayiş etdirdilər. Onlar ələ düşən fürsəti əla dəyərləndirdilər və ümidlərimi doğrultdular. Bu gün Keyn olmasa da, göstərdik ki, başqa oyunçularımız da qol vura bilir. Keynsiz 4 qol vurduq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Mart 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri