“Bavariya” “Mançester Yunayted”dən Reşfordu almağa hazırdır
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bavariya” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etməkdə maraqlıdır.
İdman.Biz-in “Football365”ə istinadən məlumatına görə, transferin statusu hazırda qeyri-müəyyən olaraq qalır.
Müqavilənin həyata keçirilməsi ötən mövsüm Reşfordu icarəyə götürən “Barselona” ətrafındakı vəziyyətdən asılıdır.
Kataloniya klubunun futbolçunu 30 milyon avroya almaq hüququ var, lakin hazırda bu variantdan istifadə etməyi planlaşdırmır. “Barselona” əməkdaşlığın davam etdirilməsi üçün başqa variantları, o cümlədən yeni icarə imkanı və ya transferin dəyərini azaltmağı nəzərdən keçirir.
“Mançester Yunayted” digər klublardan gələn təklifləri nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. “Bavariya” onların marağını təsdiqləyib və tələb olunan məbləği ödəməyə hazır olduğunu bildirib. Müqavilə bağlamaq üçün əsas maneə oyunçunun maaşının səviyyəsidir - həftədə 348 min avro.
Ötən mövsüm Reşford “Barselona”nın heyətində 49 matçda iştirak edib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt forvardı 40 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 İyun 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















