Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Fransanın PSJ futbol klubunun baş məşqçisi Luis Enrike Fransadakı kütləvi iğtişaşlara baxmayaraq, UEFA Çempionlar Liqası çərçivəsində "Barselona" ilə görüşün qaydasında keçəcəyinə ümid etdiyini bildirib.
Bu barədə AS nəşri məlumat yayıb.
"Bu mövzuda danışmalı olan şəxs mən deyiləm. Mənim işim futboldan bəhs etməkdir. Şübhəsiz ki, bu cür zorakılıq halları bizi məyus edir, lakin cəmiyyət belə inkişaf edir. Mən yalnız diqqətimi futbola yönəldə bilərəm. Ümid edirəm ki, qarşılaşma normal rejimdə baş tutacaq", - deyə məşqçi bildirib.
Qeyd edək ki, PSJ sabah ÇL-in əsas mərhələsinin III turu çərçivəsində "Barselona"nı qəbul edəcək. Oyun "Park de Prens" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, Fransada bahalaşmaya və hökumətin sosial siyasətindən narazılıq səbəbindən kütləvi nümayişlər tüğyan edir. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 550 min nəfər iştirak edib, həmkarlar ittifaqları isə bu rəqəmin 800 min olduğunu iddia edib. Paris, Lion, Marsel və digər şəhərlərdə polislə qarşıdurmalar, qarət halları qeydə alınıb.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 20 Oktyabr 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















