Baxçalı İmamoğlunun məhkəməsinin bütün TV lərdə canlı yayımlanmasını istəyib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəməsinin ölkədəki bütün televiziya kanallarında canlı yayımlanmasını istəyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, MHP lideri partiyasının qrup toplantısında çıxışı zamanı məlum təşəbbüsü irəli sürüb.
"Məhkəmə bütün televiziya kanallarında, o cümlədən TRT-də canlı yayımlanmalıdır. Türkiyə xalqı nə baş verdiyini görməlidir və bilməlidir", - deyə Bahçeli bildirib.
Onun sözlərinə görə, İstanbul bələdiyyəsinə qarşı ittihamları məhkəmədə canlı izləmək ölkədə demokratiyaya inamı gücləndirməyə kömək edəcək.
Qeyd edək ki, İmamoğlu bir müddət əvvəl onun məhkəməsinin Türkiyə televiziyası ilə canlı yayımlanmasını təklif edib .
Fuad
Bu mövzuda digər xəbərlər:Ərdoğan İmamoğlunun məhkəməsinin televiziyada canlı yayımlanmasını istəyib
09 İyul 2025 15:09
Baxçalı İmamoğlunun bu istəyini rədd etdi
05 Noyabr 2024 23:58
Baxçalı bu səbəbdən İmamoğlunun tələbini rədd etdi
05 Noyabr 2024 17:53
İmamoğlunun məhkəməsinin tarixi açıqlandı
12 Dekabr 2025 18:26
Baxış sayı:49
Bu xəbər 18 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















