Icma.az
close
up
RU
Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ

Baxıcı kimi fəaliyyət göstərən qadın həbs edildi: İLGİNC RİTUALLAR EDİRMİŞ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından "kəfən dönməsi" ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

Baş verənləri belə danışıb: "Nigarla məni Fuad adlı taksi sürücüsü tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxıcıların yanında olmuşam.

Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm".

Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:

"Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, "kəfəndən dönmə" ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500-600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni "düyünlər" çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də, həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da "ceyran göbəyi" alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə "yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm" deyirdi".

Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.

Onun ifadəsində diqqətçəkən məqamlar bunlardır: "Nərgizi rəfiqəm Nigar vasitəsilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək etdi. Nigarla bundan sonra daha yaxın olduq.

Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də, Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul ödədim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.

Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.

Mənə toz şəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.

Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə, xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.

5500 manat pul alaraq "ceyran göbəyi" deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi".

Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.

Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyun 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri