Icma.az
close
up
RU
Baxır, sən o xəzinədən nə çırpışdıra biləcəksən, 21 ci əsrin ən yaxşı Azərbaycan romanları

Baxır, sən o xəzinədən nə çırpışdıra biləcəksən, 21 ci əsrin ən yaxşı Azərbaycan romanları

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az yazıçılarımızın "21-ci əsrin ən yaxşı Azərbaycan romanları hansılardır?" mövzusunda münasibətini öyənib.
Cavabları təqdim edirik:



Elçin Hüseynbəli

“Xüsusi sevdiyim bir roman xatırlamıram. Bəyəndiklərim var. Onları da yazmaq istəmirəm. Çünki başqaları inciyəcəklər. Qoy, sirr olaraq qalsın”.

Rasim Qaraca
"Xancan Kərimov - "Varlıq və Yoxluq arasında",
Seymur Baycan - "Quqark",
Zümrüd Anka - "Özsüzlük",
Həmid Herisçi - "Nekroloq"
Bu əsərlərdə yerli hadisələr bəşəri dəyərlərə əsaslanaraq yazılıb, məhəlli Azərbaycan ədəbiyyatı ənənələrindən vaz keçilib".

Fərid Hüseyn
“Orxan Fikrətoğlu “Ölü mətn” romanı. Bu əsəri dərin fəlsəfi məzmununa, yazıçının yaratdığı yüksək bədii atmosferə, ən əsası isə parlaq baş qəhrəmana və onun ağrılı ruhi-psixoloji halına, dünyanın aqibəti ilə həmahəng aqibətinə görə sevirəm.
Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını isə yüksək bədii sənətkarlığına, mətn enerjisinə və mövzunun sağam məntiqli həllinə görə sevirəm”.

Nərmin Kamal
"İkimininci illər, Onuncu və İyirminci illər bir-birinə zamanca yaxın olsa da, çox fərqli dövrlərdir. Bu üç dövrün insanları, problemləri, ümidləri və buna görə epik ehtiyacı da bir-birindən fərqlənir. Hər üç dövrdə uğurlu romanlar oldu, onlar haqqında tənqidçilər vaxtaşırı yazırlar.
Müasir Azərbaycan ədəbiyyatında sevdiyim birinci roman Həmid Herisçinin “Nekroloq” romanıdır. Çünki İkimininci illərə bu romanla başladıq və bu roman dövrün ruhunu (“zeitgeist”), həmin vaxtkı cəmiyyətin atmosferini çox gözəl ifadə edir, həm məzmunu, həm də formasıyla. Bəlkə, vaxtında qiyməti bilinməyib, amma üstündən illər keçdikcə görünən bir əsərdir. Romandan bu qısa passaj o vaxtdan əzbər yadımdadır, görün nə gözəldir: “Necə ki, indi Ağa Nemətulla küçəsindəki zibillikdən bığlı-mığlı bir siçan çıxdı, sağ-solunu güdə-güdə gedib girdi "Ağ çiçəyim" adlı gül dükanına. Küçədəki bu qədər adamın içindən yalnız məni, - niyə məhz məni, - öz oğurluğuna şahid seçdi... Niyə? Səbəb? Səbəb?”
Onuncu illər “Ən yeni ədəbiyyat” seriyasından romanlarla başladı. Əvvəllər şair kimi tanınan müəlliflərin də ilk romanları bu dövrdə çıxdı. Tənqidçilər şikayətlənirdi ki, “hamı roman yazır”. Bu fenomeni “roman bumu” adlandırırdılar. Bir çox həmkarlar romanını cəmi bir aya yazdığını deyirdi. Bu roman bumu, bu tələskənliyin özü belə, yazıçıların simasında cəmiyyətin özü haqda və yaxud öz-özüylə danışmaq istəyindən xəbər verirdi. Bu gün, üstündən on il keçəndən sonra görürük ki, həmin əsərlər – Aqşinin Leş Əlisi, Seymur Baycanın “Quqark”ı, Sevinc Elsevərin “Şəhər”i və roman bumu vaxtı yazılmış başqa kitablar müxtəlif perspektivlərdən eyni bir cəmiyyəti göstərən iri polifonik bir kollektiv işidir.
İyirminci illər tamam başqadır, dünyada pandemiya, sosial şəbəkələrin yüksəlişi, süni zəka, sağçı qüvvələrin üstünlüyü, ölkədə qələbə dövrüdür. Yeni romanların hamısını oxumamışam, amma oxuduqlarım göstərir ki, əvvəlkindən fərqli tendensiya formalaşır".



İlham Əziz
“Arzulardan sonrakı şəhər” – Şərif Ağayar
“Keçilərin nəğməsi” – Rəşad Səfər
“Hardasa olardı 13-14 yaşım” – Vüqar Van
“Arzulardan sonrakı şəhər” romanı geniş arealı və tarixi mövzuları əhatə edən yüksək sənətkarlıqla yazılmış əsərdir.
“Keçilərin nəğməsi” strukturuna və atmosferinə görə.
Vüqarın romanı isə yeni nəsr nümunəsi, məhrəm hissləri əhatə etdiyi üçün".


Cavid Zeynallı
“Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı. Niyəsini bu roman haqqında vaxtilə yazdığım məqalədən bir hissə ilə deyə bilərəm: "Sehrbazlar dərəsi" təkcə əhvalatı, qəhrəmanları ilə yox, həm də yazılış texnikası, paralel süjet xətləri və sintaksisi ilə ənənəvilikdən uzaq, təkrarsızdır. Burada məsələ təkcə modernist-postmodernist cərəyanın relsləri üzərində hərəkətdə yox, həm də intertekstual mahiyyətdədir. Müəllifin təklif elədiyi fikrin-intellektin uçuş zolağında hər kəs (hər oxucu) cövlan edəmməz. Demirəm, qanadları qırılar, yox, başa düşər ki, həmin uçuş zolağı onu çox ucalıqlara aparır. Məhz ucalıqlara... Və həmin ucalıqlarda azmağın nigaranlığı əzab gətirməsin deyə, özü alçaqlıqlara könüllü enər. Çün o alçaqlıqda hər şey zahirdə-dayazdadır. Orda Hüsnükərəmin timsalında merac işarəti, Ağ dərvişin portretində Nəsimi laməkanlığının cizgiləri yoxdu. Orda heç şaman Səyyah Mir Həsən ağanın (İuda İskariot) şəxsində ustada (Məsihə) dönüklüyün peşmanlığı, Karvanbaşının şaha sui-qəsdçi timsalında "Səndəmi, Brut?" işarətini də görmək olmaz.
"Sehrbazlar dərəsi" göyün yeddi qatı kimi sirlidir, hər işarətində min məna gizlənər. Amma Kamal Abdullanın müəllif landşaftına bələd oldunsa, itib-batmayacaqsan ziqzaqvari əhvalatların içində. Elə gözəllik də bundadır. Təkcə "Sehrbazlar dərəsi"nin yox, elə "Yarımçıq Əlyazma"nın, "Unutmağa kimsə yox"un da mənəvi-ruhani, tarixi-mifoloji qatlara işarətləri, ipucları adamı intellektual xəzinəyə çıxarar. Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən. Bunu bacarsan, nə xoş sənə! Deməli, sevgili oxucu, sənin timsalında Kamal Abdullanın mənəvi söykənəcəklərinin daha biri çoxalacaq. Bax, onda çaylar yenə üzü yuxarıdan, üzü aşağıya axacaqlar”.

Orxan Əyyub
“Nekroloq”, Həmid Herisçi
Yazıçı həmişə hansısa ictimai-tarixi travmanın şahididir. Bəziləri yaradıcılığında buna qismən yer verir, digərləri bütün yaradıcılığını bu travmaya həsr edir.
Həmid Herisçinin “Nekroloq” romanında Sovet İttifaqının süqutundan sonrakı xaosun bədii dərki vacib yer tutur. Roman bu cəhdində mənə Berlin Alexanderplatz’ı xatırladır - ekspressivliyi və dövrün ruhunu təsvir etmək gücü ilə.
Təəssüf ki, böyük hissəsi dövrün qəzetlərində və bədii jurnallarda nəşr olunmuş bu romanın ancaq kiçik hissəsi kitaba çevrilib. Odur ki, iyirmi il əvvəl oxuduğum bir çox hissəni tam xatırlaya bilməsəm də, xatırlaya bildiyim şeylərin məndə yaratdığı təəssuratı dəqiq təsvir edə bilirəm: qiyamətdən reportaj.
Bu ilin yanvarında kitabı bir də oxudum, sevindim. Həmid Herisçinin Bakını və həyatı yazdığı sətirləri oxuduqca durmadan bunu hiss edirsən. Qiyamət artıq baş verib, bu ironik və kədərli dünya ondan sonraya aiddir".


Ayxan Ayvaz
“Səfər Alışarlı - "Maestro",
Seymur Baycan "18.6 cm",
Şərif Ağayar "Arzulardan sonrakı şəhər",
Əli Əkbər "Amneziya",
Həmid Herisçi bütün romanları,
Aydın Talıbzadə " Əbühüb",
Vüqar Van "Hardasa olardı 13-14 yaşım"”.



Samirə Əşrəf
"“Nekroloq”– Həmid Herisçi
“Haramı” – Şərif Ağayar
“Ağ göl” – Şərif Ağayar
“Yazılmayan yazı” – Samir Əhmədli
“Quqark” – Seymur Baycan
“Min yol mənə söylər” – Etimad Başkeçid
“Ağ buludlar” – Mübariz Örən"



Vüqar Van
"2000-ci illərdən buyana yazılan ən sevdiyim roman Orxan Həsəninin "Müharibəni gözləyərkən" və Vüqar Vanın "Hardasa, olardı 13-14 yaşım" əsərləridir.
Orxanın romanı real-dramatik mənzərələrlə hərbi xidmət haqqında yazılmış çox gözəl bir əsərdir. Dinamik dili, mövzusu, strukturu, bir sözlə hər şeyilə "Müharibəni gözləyərkən" romanı mənim ən sevdiyim romanlardandır.
"Hardasa, olardı 13-14 yaşım" romanını isə özüm yazdığım üçün çox sevirəm. Nə yaxşı ki mən bu romanı yazdım".



Əli Zərbəli
"“Quqark” - Nərmin Kamalın təbirincə desək - "üzərinə kitab cildi çəkilmiş əsl həyatdır." Başqa nə deyim? Yaddaşına həddindən artıq güvənən və kitabları heç vaxt karandaşla oxumayanlar belə, bu romanı oxuyanda mütləq əllərinə karandaş götürsünlər. Çünki bir də dönüb təzədən oxumaq istədiyiniz cümlələr o qədər çox olacaq ki, hamısını yadda saxlamaq çətin məsələdir. Quqark həqiqətən hadisə idi. Bütün yumulan gözlərə rəğmən əgər kimsə – həqiqi oxucu yaxud həqiqi tənqidçi – illər-illər sonra Azərbaycan ədəbiyyatı klassiklərindən danışacaqsa, onda həmin adam öz nitqində “Quqark”ın adını da çəkəcək".

Orxan Cuvarlı
"Seymur Baycanın "Quqark" romanı şəriksiz namizədimdir. Həmin dövrdə Qarabağ müharibəsinə aid bədii nümunələr az idi. Seymurun "Quqark"ı həm avtobioqrafik məziyyətlərinə, həm də hərbi lisey məzunu, əsli o torpaqlardan olan bir müəllifin qələmindən çıxmasına görə mənə ikiqat maraqlıdır. Tələbəlik dövrümdə oxuduğum bu romana vaxtaşırı qayıdıram, kitab mağazalarında gəzişəndə rəflərdə yenilənmiş nəşrini görəndə ayaq saxlayıram, mütləq təsadüfi bir səhifəsini açıb həvəslə oxuyuram".


Orxan Saffari
"“Ən sevdiyim roman” olaraq konkret ad yoxdur. Daha dəqiq, seçim etmək çətindir.
Ancaq sırf 2000-ci illər nəslinin yazıçıları, dolayısı ilə onların bir çox romanları var.
Məsələn, Seymur Baycan və Əli Əkbərin istisnasız olaraq əksər romanlarını sevirəm".

“Jorj Danden, yaxud Aldanmış ər” tamaşasının premyerası olacaq "Doktor Aybolit" cizgi filminin yaradıcısı dünyasını dəyişdi Orxan Pamuk yeni romanını yekunlaşdırmaq üzrədir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see195

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see185

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see181

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see165

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see147

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see138

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see138

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see136

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see133

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see132

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see129

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see127

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see123

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri