Icma.az
close
up
RU
Baxşıyev: “Məşqçiylə mübarizə aparırlarsa, ayıbdır”

Baxşıyev: “Məşqçiylə mübarizə aparırlarsa, ayıbdır”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Ağır oyun alındı. Bizi nə gözlədiyini bilirdik. İlk oyunda qələbə qazansaq da ikincinin daha çətin olacağını hamı bilirdi. İki fərqli hissə oynadıq. İkinci yarıda oyunun ritmini itirdikdən sonra “Qarabağ” üstünlüyü ələ aldı.

– Siz tez müdafiəyə çəkildiz, yoxsa “Qarabağ” sizi buna məcbur etdi?
– Komandanın daha çox hücumda olmasını istəyirdim. Amma “Qarabağ” səviyyə olaraq, klub olaraq bizdən üstündür. Lakin düşünürəm ki, oyunu çevirə bilərdik. İlk hissədə epizodlarımız oldu. Elə 25-ci dəqiqədə olan epizoda baxsaq qırmızı vərəqə verilməli idi. Amma hakim fərqli qərar verdi. Sonra biz hücuma çıxanda hakim səhv qərar verdi. Ümid edirəm ki, “Araz-Naxçıvan”a qarşı bu ikili standartlar dayanar. Komandama qarşı antipatiya hiss edirəm.

– Bu antipatiyanın səbəbi nədir?
– Onu düşünsəm, işimdən uzaq qalaram. Amma bu hiss olunur.

– Bu antipatiya sizə qarşıdır, yoxsa kluba?
– Əgər məşqçiylə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxanda rəqibin əlinə dəyir, amma hakimin cavabı olur ki, sürüşdü.

– Ümumiyyətlə, finala çıxmaq üçün heyətiniz kasad deyil?
– Kasad deyil. Amma indiki durumda zədəli və cəzalı futbolçularımız olduğundan sıxıntı yaşadıq.

Mirkamal Kazım 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri