Icma.az
close
up
RU
Eyni vaxtda 5 qadınla görüşürmüş Məşhur aktyordan xəyanət etirafı

Eyni vaxtda 5 qadınla görüşürmüş Məşhur aktyordan xəyanət etirafı

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Hollivudun əfsanəvi aktyoru, 82 yaşlı Maykl Duqlas şəxsi həyatı ilə bağlı illərdir gizli saxladığı sirləri açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ikiqat “Oskar” mükafatçısı yeni nəşr olunan “One Helluva Ride” (“Nə möhtəşəm macəra”) adlı xatirələr kitabında sevgi macəralarından, məşhur aktrisalarla gizli münasibətlərindən və həyatını dəyişən qadından danışıb.

Maykl Duqlasın ilk ciddi münasibətlərindən biri aktrisa Brenda Vakkaro ilə olub. Onlar 1971-ci ildə “Summertree” filminin çəkilişləri zamanı tanış olublar. Cütlük altı ilə yaxın birlikdə yaşayıb, hətta qeyri-rəsmi nikah mərasimi də təşkil edib.

Lakin aktyor sevgilisinin başqa kişi ilə münasibətdə olduğunu öyrəndikdən sonra ayrılıq yaşayıb. Duqlas etiraf edib ki, bu hadisə onun qadınlara münasibətini dəyişib. O, bir daha aldadılan tərəf olmamaq üçün münasibətlərdə ilk xəyanət edən şəxs olmağa üstünlük verdiyini bildirib.

1977-ci ildə aktyor avstriyalı diplomatın qızı Diandra Lukerlə evlənib. Onların Kemeron adlı oğlu dünyaya gəlib. Ancaq evlilik uzun müddət xoşbəxt davam etməyib. Duqlas Los-Ancelesdə işlədiyi halda, həyat yoldaşı Nyu-Yorkda yaşamağa üstünlük verib. Aktyorun sözlərinə görə, zaman keçdikcə hər ikisinin kənarda münasibətləri yaranıb. Onların rəsmi nikahı 23 il davam edib.

Duqlas həmkarları ilə yaşadığı gizli sevgi münasibətlərinə də toxunub.

O, “Romancing the Stone” (“Daşla məhəbbət”) filminin ssenaristi Dayana Tomasla eşq macərası yaşadığını bildirib. Daha sonra həmin filmdə tərəf müqabili olan Ketlin Törnerlə də yaxın münasibət qurub. Aktyorun sözlərinə görə, onlar bu münasibəti uzun illər ictimaiyyətdən gizlədiblər.

“Basic Instinct” (“Əsas instinkt”) filminin çəkilişləri zamanı isə Duqlasın Şeron Stounla eşq yaşadığı barədə şayiələr yayılıb. Lakin aktyor əslində başqa həmkarı, aktrisa Cin Tripplhornla münasibətdə olduğunu etiraf edib.

Xatirələrində şahzadə Diana ilə tanışlığına da yer ayıran Duqlas 1987-ci ildə keçirilən film premyerasında onunla qarşılaşdığını bildirib. Aktyor aralarında qarşılıqlı simpatiya yarandığını hiss etdiyini, lakin bunun romantik münasibətə çevrilmədiyini vurğulayıb.

Ən diqqətçəkən etiraf isə Ketrin Zeta-Consla tanışlığı barədə olub.

1998-ci ildə Fransanın Dovil şəhərində keçirilən kinofestivalda gələcək həyat yoldaşı ilə qarşılaşan aktyor həmin dövrdə eyni vaxtda beş qadınla görüşdüyünü açıqlayıb.

Duqlas bildirib ki, Ketrinlə ciddi münasibət qurmaq istədikdən sonra əvvəlki sevgililərinin hamısı ilə əlaqəni kəsmək qərarına gəlib. O, beş qadının hər birinə şəxsən zəng edərək münasibətlərinin bitdiyini söyləyib. Aktyorun sözlərinə görə, Ketrin münasibətlərin əvvəlindən ona sadiqlik tələbini açıq şəkildə bildirib.

Onlar 2000-ci ilin noyabrında ailə həyatı qurub. Onların Dilan adlı oğlu və Keris adlı qızı dünyaya gəlib. Evlilikləri heç də həmişə problemsiz olmayıb. Onlar 2013-cü ildə müvəqqəti ayrılıb, lakin sonradan barışıb.

Duqlas etiraf edib ki, keçmişdə qadınlarla münasibətlərində çoxsaylı səhvlərə yol verib. Aktyorun sözlərinə görə, məhz Ketrin Zeta-Consla qurduğu ailə onun həyata və sədaqətə münasibətini dəyişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri