Icma.az
close
up
RU
Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində

Yüz yaşlı “Şərqşünaslıq” jurnalı XII Bakı Beynəlxalq Kitab Sərgisində

Icma.az bildirir, 525.az portalına istinadən.

Ölkənin ictimai həyatında və mədəni mühitində geniş əks-səda doğuran XII Bakı Beynəlxalq Kitab Sərgisi öz işini davam etdirir. Hər gün keçirilən müxtəlif təqdimatlar və müzakirələr Bakı Ekspo Mərkəzini böyük kitab bayramı məkanına çevirib.

525.az xəbər verir ki, sərgi çərçivəsində geniş maraq doğuran təqdimatlardan biri Bakı Dövlət Universitetinin (BDU) “Şərqşünaslıq” jurnalına həsr olunub. İlk sayı 1926-cı ildə nəşr edilən “Şərqşünaslıq” jurnalı Azərbaycanın elm və təhsil tarixində xüsusi yeri olan nəşrlərdəndir.

Jurnalın təsisçisi və baş redaktoru, akademik Rafael Hüseynovun moderatorluğu ilə XII Bakı Beynəlxalq Kitab Sərgisinin “Məhəmməd Füzuli Təqdimat Zonası”nda keçirilən müzakirələrdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan, şərqşünas alim, filologiya elmləri doktoru Qaley Allahverdiyev və jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültəkin iştirak ediblər.

Jurnalın yaranma tarixindən və keçdiyi yoldan bəhs edən akademik Rafael Hüseynov bildirib ki, 1922-ci ildən Azərbaycan Dövlət Darülfünununda müstəqil fakültə kimi fəaliyyətə başlayan Şərqşünaslıq bölməsinin dördüncü ilindən etibarən bu jurnal nəşr olunmağa başlayıb. Nəşrin ilk redaktoru görkəmli şərqşünas alim, professor Bəkir Çobanzadə olub.

Akademik qeyd edib: “Başlanğıcda “Azərbaycan Dövlət Darülfünunu Şərq Fakültəsi Əxbarı” adlanan bu jurnal ilk sayından etibarən bu gün də aktuallığını qoruyan mühüm bir məsələnin həllinə yönəlib: elmlə tədrisin üzvi bağlılığını təmin etmək. “Şərqşünaslıq” jurnalının ilk saylarında başda Bəkir Çobanzadə olmaqla, adı elmimizin tarixində həmişə iftixarla anılan, müasir Azərbaycan şərqşünaslığının baniləri Əziz Ubaydulinin, Panteleymon Juzenin, Aleksandr Baqrinin və digər görkəmli alimlərin bu gün də dəyərini qoruyub saxlayan sanballı məqalələri dərc edilib. Bizim borcumuz artıq 100 illik tarixə malik olan və Azərbaycanın ən qədim elmi nəşrlərindən sayılan bu jurnalın təməlindən gələn sanbalını və ənənələrini layiqincə yaşadaraq davam etdirməkdir”.

Bildirilib ki, hazırda jurnalın redaksiya heyətində 22 ölkədən olan tanınmış şərqşünas alimlər təmsil olunur. İldə dörd sayı nəşr edilən “Şərqşünaslıq” jurnalının bir nömrəsi tamamilə ingilis dilində dərc olunur. Jurnalın müəllifləri arasında azərbaycanlı şərqşünaslarla yanaşı, xarici ölkələrin tanınmış alimləri də var.

Diqqətə çatdırılıb ki, “Şərqşünaslıq” jurnalı elmi-tədqiqat məqalələri ilə yanaşı, ərəb, fars, urdu, ivrit və digər dillərdəki klassik mətnlərin şərhli tərcümələrinə də yer ayırır.

Akademik Rafael Hüseynov təqdimat mərasiminə toplaşan çoxsaylı oxuculara onu da bildirib ki, 2021-ci ildən etibarən fəaliyyətini yüksək elmi tələblər səviyyəsində quran “Şərqşünaslıq” jurnalı fakültənin əsas elmi platformalarından birinə çevrilib və beynəlxalq elmi mühitdə də təmsil olunur. O, jurnalın əvvəlki dövrlərdən fərqli olaraq, hazırda Bakı Dövlət Universitetinin mətbəəsində yüksək keyfiyyətli poliqrafik məhsul kimi hazırlandığını vurğulayıb.

Təqdimat mərasimi jurnalın yaradıcı heyətinin hazırladığı videoçarxla müşayiət olunub. Nadir kino kadrları, arxiv sənədləri və silsilə fotolar əsasında hazırlanan videoçarxda 100 yaşlı jurnalın keçdiyi tarixi yol əksini tapıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri