Baxşıyev Araz Naxçıvan dan ayrılır? avrokuboklara hazırlıq üçün yeniliklərə start verildi
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevin müqəddəratıyla bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, Muxtar Respublika təmsilçisi təcrübəli mütəxəssislə yola davam etmək niyyətindədi. Bu səbəbdən cari mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Elmar bəylə yeni anlaşma əldə olunub.
Sövdələşməyə əsasən, o, daha bir il "qırmızı-ağlar"ın baş məşqçisi funksiyasını yerinə yetirəcək. Mütəxəssisin qarşısına avrokuboklarda uğurlu çıxış və növbəti "futbol ili" üçün yenə azı Konfrans Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulub.
Təbii ki, baş məşqçinin də tələbləri var. Belə ki, o, klub rəhbərliyindən yeni transferlər istəyib və qarşı tərəfdən müsbət cavab alıb. Ümumiyyətlə, mütəxəssis komandada ciddi dəyişiklik etmək niyyətindədi. Bu üzdən mövsümlərarası fasilədə kollektivdən xeyli futbolçu ayrılacaq, əvəzində yeni transferlər ediləcək. Bu addım həm də növbəti "futbol ili"ndən Misli premyer-liqasında legioner limitinin ləğv olunmasıyla bağlıdı.
Xatırladaq ki, "Araz-Naxçıvan"ın mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşib. Muxtar Respublika təmsilçisi tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















