Icma.az
close
up
RU
Bayden administrasiyası tarixdə riyakarlıq nümunəsi kimi qalacaq ŞƏRH AZƏRTAC

Bayden administrasiyası tarixdə riyakarlıq nümunəsi kimi qalacaq ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 yanvar, AZƏRTAC

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi, şübhəsiz, çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Xüsusi vurğulamaq lazımdır ki, sazişdə yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin indiyədək bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürü sayıla bilər. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində aparılan müzakirələrdə bu çağırışı etdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. 2021-ci il 7 iyul tarixli Fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq. Prezident İlham Əliyev həmin müzakirələrdə, həmçinin BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adlardan istifadə etməyə yol verməməyə çağırmışdı.

Artıq ABŞ-ın Dövlət katibi postunu tərk edən Antoni Blinkenin son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraqlarına, mənafelərinə zərbə vurmaqdan, yeni Prezident Donald Trampın komandası üçün “minalanmış sahələrin” coğrafiyasını daha da genişləndirməkdən çəkinməməsi diqqətdən kənarda qalmır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, ABŞ tarixində qara ləkə kimi qalacaq Bayden administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi sabiq Prezident Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi digər mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Bayden administrasiyasının son illərdə fəaliyyəti dünya xalqlarında ABŞ-a qarşı inamsızlığın yaranmasını şərtləndirdi. Sözdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirən Bayden administrasiyası əməldə tamamilə fərqli bir yanaşma ortaya qoydu. Azərbaycan 30 illik işğal və postmünaqişə dövrlərində dünya güclərinin, xüsusilə ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan ölkələrin ikili standartdan irəli gələn addımlarının dünyada onlara etimadın sıfıra enməsinə səbəb olmasının şahididir. Son vaxtlar isə Ermənistanın silahlandırılması açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Ukraynada baş verənlər, öz ölkəsini tərk edib dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində həlak olan milyonlarla ukraynalının qanı Bayden administrasiyasının, o cümlədən Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının nəticəsidir. Qəzzada, Livanda baş verən faciələrin baiskarı olan Blinkenin əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb. Keçmiş administrasiyanın xeyli sayda bu kimi ədalətə və beynəlxalq hüquqa zidd əməllərini, destruktiv addımlarını sadalamaq olar. ABŞ Baydenin prezidentliyi dövründə beynəlxalq səviyyədə özünə olan inamsızlığı daha da artırdı. Bayden administrasiyasının qatı ermənipərəst mövqeyi, xüsusilə Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqlardan və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırılması ilə nəticələndi. Eləcə də onun Gürcüstanı qarışdırmaq, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.

Milli Məclisin deputatı bildirib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasında hər iki tərəfin öz maraqları vardır. Ermənistan hazırda heç bir sahədə ABŞ-la strateji tərəfdaşlıq quracaq səviyyədə deyil. İqtisadiyyatı böhran içərisində olan bir ölkənin hansısa sosial rifahdan, hərbi gücdən danışması mümkünsüzdür. Bu fakt inkaredilməzdir ki, Ermənistan bəzi dünya güclərinin əlində bir oyuncaq, onların maraqlarının ifadəçisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq Amerika, Avropa İttifaqı və Ermənistan adı ilə çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdı. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının Prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər. Onlar faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu əməkdaşlığa diqqəti yönəldərək bildirdi ki, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Prezident İlham Əliyev bu çağırışı etdi ki, əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu.

V.Rəhimzadə vurğulayıb ki, bütün bunlar dövlətlər arasında münasibətlərin formalaşmasında və yeni istiqamətlər üzrə inkişafında etimad mühitinin mövcudluğunu daha da aktuallaşdırır. Etimad olmadığı təqdirdə əməkdaşlığın möhkəmliyindən, hədəfə doğru birgə addımlamaqdan danışmaq mümkün deyil. Bayden administrasiyası və Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biri kimi tarixdə qalacaq.

Deputat bildirib ki, son dörd ildə ABŞ-ın addımlarına diqqət yetirdikdə ölkəmizlə münasibətlərində də dəyişikliyi aydın görmək mümkündür. Ermənistana dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərdi. Azərbaycan bu illər ərzində Qərb ölkələrinin, ABŞ-ın əsassız təbliğatları ilə üz-üzə qaldı. 1992-ci ildə ABŞ-ın xarici siyasətinin prioritetlərini müəyyənləşdirərkən ədalətsiz yanaşma ortaya qoyaraq ölkəmizə qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz “907-ci düzəliş”in gah gündəmə gətirilməsi, gah da dondurulması da bəzi məqamlara işıq salır. Düşünürük ki, Tramp administrasiyası yeni vəziyyət yaratmaqla münasibətlərdə etimad mühitinin formalaşmasına səy göstərəcək. Yeni dünya nizamının formalaşması ABŞ üçün də bir sıra mühüm yeniliklərə yol açacaq. Bayden administrasiyası, o cümlədən Antoni Blinken dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi tarixdə qalacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri