Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Bayden administrasiyası, o cümlədən Blinken tarixdə simasızlıq, riyakarlıq və xəyanət nümunələri kimi qalacaqlar

Vüqar Rəhimzadə: Bayden administrasiyası, o cümlədən Blinken tarixdə simasızlıq, riyakarlıq və xəyanət nümunələri kimi qalacaqlar

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi, şübhəsiz,  çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Xüsusi vurğulamaq lazımdır  ki, sazişdə  yenə də “Dağlıq  Qarabağ” ifadəsinin işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin indiyədək  bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürü sayıla bilər. Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ən yüksək tribunalardan, o cünlədən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində aparılan müzakirələrdə bu çağırışı etdi ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.  2021-ci il 7 iyul tarixli Fərmana əsasən,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq.  Prezident İlham Əliyev həmin müzakirələrdə, həmçinin  BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adlardan istifadə etməyə yol verməməyə çağırmışdı.
Artıq ABŞ-ın Dövlət katibi postunu tərk edən Antoni Blinkenin  son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraqlarına, mənafelərinə zərbə vurmaqdan, yeni Prezident Donald Trampın komandası üçün “minalanmış sahələrin” coğrafiyasını daha da genişləndirməkdən çəkinməməsi diqqətdən kənarda qalmır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ tarixində qara ləkə kimi qalacaq Bayden administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi sabiq Prezident Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi digər  mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Bayden administrasiyasının son illərdə fəaliyyəti dünya xalqlarında ABŞ-a qarşı inamsızlığın yaranmasını şərtləndirdi. Sözdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirən Bayden administrasiyası  əməldə tamamilə fərqli bir yanaşma ortaya qoydu. Azərbaycan 30 illik işğal və postmünaqişə dövrlərində dünya güclərinin, xüsusilə  ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan ölkələrin ikili standartdan irəli gələn addımlarının  dünyada onlara etimadın sıfıra enməsinə səbəb olmasının şahididir. Son vaxtlar isə Ermənistanın silahlandırılması açıq-aşkar regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Ukraynada baş verənlər, öz ölkəsini tərk edib dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində həlak olan milyonlarla ukraynalının qanı Bayden administrasiyasının, o cümlədən Blinkenin  üzərindədir. Yaxın Şərqdə baş verənlər də Blinkenin oyunlarının nəticəsidir. Qəzzada, Livanda baş verən faciələrin baiskarı olan Blinkenin əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb. Keçmiş administrasiyanın xeyli sayda bu kimi ədalətə və beynəlxalq hüquqa zidd  əməllərini, destruktiv addımlarını sadalamaq olar. ABŞ Baydenin prezidentliyi dövründə beynəlxalq səviyyədə özünə olan inamsızlığı daha da artırdı. Bayden administrasiyasının qatı ermənipərəst mövqeyi, xüsusilə Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqlardan və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırılması ilə nəticələndi. Eləcə də onun Gürcüstanı qarışdırmaq, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.
Milli Məclisin deputatı bildirib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasında hər iki tərəfin öz maraqları vardır. Ermənistan hazırda heç bir sahədə ABŞ-la strateji tərəfdaşlıq quracaq səviyyədə deyil. İqtisadiyyatı böhran içərisində olan bir ölkənin hansısa  sosial rifahdan, hərbi gücdən danışması mümkünsüzdür. Bu fakt inkaredilməzdir ki, Ermənistan bəzi dünya güclərinin əlində bir oyuncaq, onların maraqlarının  ifadəçisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq Amerika, Avropa İttifaqı və Ermənistan adı ilə çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdı. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının Prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər. Onlar faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər.
Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bu əməkdaşlığa diqqəti yönəldərək bildirdi ki, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb.  Prezident İlham Əliyev bu çağırışı etdi ki, əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, bütün bunlar dövlətlər arasında münasibətlərin formalaşmasında və yeni istiqamətlər üzrə inkişafında etimad mühitinin mövcudluğunu daha da aktuallaşdırır. Etimad olmadığı təqdirdə əməkdaşlığın möhkəmliyindən, hədəfə doğru birgə addımlamaqdan danışmaq mümkün deyil. Bayden administrasiyası və  Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biri kimi tarixdə qalacaq.
Millət vəkili bildirib ki, son dörd ildə ABŞ-ın addımlarına diqqət yetirdikdə ölkəmizlə münasibətlərində də dəyişikliyi aydın görmək mümkündür. Ermənistana dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərdi. Azərbaycan bu illər ərzində Qərb ölkələrinin, ABŞ-ın  əsassız təbliğatları ilə üz-üzə qaldı. 1992-ci ildə ABŞ-ın xarici siyasətinin prioritetlərini müəyyənləşdirərkən ədalətsiz yanaşma ortaya qoyaraq ölkəmizə qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz “907-ci düzəliş”in gah gündəmə gətirilməsi, gah da dondurulması da bəzi məqamlara işıq salır. Düşünürük ki, Tramp administrasiyası yeni vəziyyət yaratmaqla münasibətlərdə etimad mühitinin formalaşmasına səy göstərəcək. Yeni dünya nizamının formalaşması ABŞ üçün də bir sıra mühüm yeniliklərə yol açacaq. Bayden administrasiyası, o cümlədən Antoni  Blinken dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri,  riyakarlıq və xəyanət nümunələri kimi tarixdə qalacaqlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see117

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri