Bayden administrasiyasından zəng edib bizi söyürdülər Zukerberq
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bayden koronavirusla bağlı məlumatları sildirmək istəyib.
Sfera.az bildirir ki, bunu "Meta" şirkətinin baş direktoru Mark Zukerberq deyib. O bu barədə amerikalı komediyaçı və teleaparıcı Co Roqan ilə podkastda danışıb.
Zukerberq qeyd edib ki, Bayden administrasiyasının nümayəndələri "Meta" ilə əlaqə saxlayıb və onlardan şirkətin platformalarında yerləşdirilən koronavirus (COVID-19) pandemiyası ilə bağlı məlumatların çıxarılmasını tələb ediblər.
Markın sözlərinə görə, bütün bunlar kobud şəkildə baş verib: “Adətən Bayden administrasiyasından olan insanlar komandamıza zəng edib qışqırmağa və söyüş söyməyə başlayırdılar. Biz isə, “Xeyr, biz doğru olanları silməyəcəyik”, - onlara bildirirdik”.
Günay
Baxış sayı:108
Bu xəbər 11 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















