Icma.az
close
up
RU
Bayden administrasiyasının dünyadan şəffaflıq tələb etməsinə rəğmən, özünün şəffaf olmadığı ortaya çıxdı ŞƏRH

Bayden administrasiyasının dünyadan şəffaflıq tələb etməsinə rəğmən, özünün şəffaf olmadığı ortaya çıxdı ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 fevral, AZƏRTAC

Son günlər ABŞ-da baş verənlər, Prezident Donald Tramp tərəfindən qəbul edilən “vulkanik” qərarlar dünya tərəfindən diqqətlə izlənilir. Xüsusilə yeni Prezidentin andiçmə mərasimindən sonra Ağ Evdə başlatdığı audit yoxlanışları zamanı aşkarlanmış korrupsiya faktları Bayden administrasiyasının hakimiyyəti dövründə dünyadan şəffaflıq tələb etməsinə rəğmən, özünün şəffaf olmadığını bir daha təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli səsləndirib.

QHT sədrinin sözlərinə görə, audit nəticələrindən öncə də Bayden administrasiyasının korrupsiya bulaşması ilə bağlı müəyyən ittihamlar var idi. Sabiq prezident və onun ailə üzvlərinə qarşı analoji ittihamlar 2024-cü ildə Respublikaçılar Partiyasının funksionerləri tərəfindən səsləndirilirdi. Həmin dövrdə də Ukraynaya verilən yardımların məhz Bayden administrasiyası tərəfindən mənimsənilməsi ilə bağlı fikirlər bildirilirdi. Ancaq bir neçə gün əvvəl Ukrayna Prezidentinin rəsmi Kiyevin uğursuzluqlarının səbəbi kimi Baydeni və onun komandasını göstərərək, onları korrupsiyada ittiham etməsi diqqətlərin yenidən Ağ Evə yönəlməsinə təkan verdi. Təbii ki, bu faktlar piramidanın görünən tərəfləridir. Görünməyən və ictimaiyyətdən gizlədilən bu kimi saysız hesabsız korrupsiya faktlarının mövcudluğu artıq heç kəsdə şübhə doğurmur.

V.Hüseynli qeyd edib ki, zaman-zaman müxtəlif mətbu orqanlarda da Bayden ailəsinin siyasi nüfuzdan faydalanaraq korrupsiyada iştirakı ilə bağlı faktlar yer alıb. “Baydenin prezidentliyinin son günlərində qanunsuz silah satışı və vergidən yayınma ilə bağlı nəzarət altına alınmış oğlu Hayterlə bağlı verdiyi açıqlamada “onu bağışalmayacağam” deməsinə rəğmən, oğlunu əfv etməsi ittihamların üzərinə “benzin tökmüş” oldu. Bu, sabiq prezidentin səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmada ittiham olunan oğlunun qanunsuzluqlarına göz yumduğunu yenidən göstərdi. Son damla isə auditin nəticələri və Ukrayna Prezidenti Zelenski tərəfindən səsləndirilən faktlar oldu. Yuxarıda qeyd etdiyimiz faktların fonunda deyə bilərik ki, demokratiyanın mərkəzi sayılan, dünyadan demokratiya və şəffaflıq hesabatı tələb edən Ağ Evin divarları arasında heç də həmişə demokratiya və şəffaflıq hökm sürməyib”, - deyə V.Hüseynli vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri