Icma.az
close
up
RU
Bayden adminstrasiyasının “son akkordları”

Bayden adminstrasiyasının “son akkordları”

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Blinkenin qərəzi və “paslanmış tərəzi”...

Dövlət katibi “insan hüquqları” silahını son dəfə “işə saldı”...

Azərbaycanın sabit və davamlı inkişafı, dövlət maraqlarına söykənən daxili və xarici siyasət kursu yürütməsi, eləcə də demokratik prinsiplərə sadiqlik nümayiş etdirməsi ölkəmizi yerləşdiyi regionun siyasi-iqtisadi aktoru kimi önə çıxarır. Bölgədə yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, qlobal təşəbbüskarlığı, xüsusilə “yaşıl” gələcək uğrunda yeni strateji yol xəritəsi təqdim etməsi və bu təkliflərin bütün dünya tərəfindən dəstəklənməsi Azərbaycanın yüksək dinamizmə malik inkişaf perspektivindən xəbər verir. Eyni zamanda, davamlı olaraq həyata keçirilən islahatlar, ölkə qanunvericiliyinin yeni, müasir standartlar əsasında formalaşdırılması, insan hüquqlarının, söz azadlığının qorunması yönündə atılan addımlar, azad, şəffaf və demokratik seçkilərin keçirilməsi inkişafımızın əsas təməl prinsiplərinə çevrilib.

Təəssüf ki, bu faktlar bəzən bir sıra xarici dairələr tərəfindən məqsədli şəkildə təhrif olunur və ölkəmizə qarşı açıq ikili standartlar tətbiq edilir. Vurğulandığı kimi, Azərbaycanın yalnız milli mənafeni üstün tutan siyasət yürütməsindən narahat olan bu dairələr korporativ maraqlarının əsirinə çevrilir, region üçün qurduqları planların “işləməməsi”nin acığını şər, böhtan və qərəzli çıxmağa çalışırlar.

Blinkenin “son bəyanatı”...

Konkret olaraq Cənubi Qafqaza münasibətdə ikili standartdan çıxış edən, yanaşmalarında beynəlxalq hüququ deyil, korporativ maraqları əsas götürən Bayden administrasiyası yenə də öz destruktiv fəaliyyətindən qalmır. Ciddi-cəhdlə bölgəni müstəqil inkişaf xəttindən kənarlaşdırmaq və Ermənistanın əli ilə özünün təsir mexanizmlərini formalaşdırmaq istəyən Bayden komandasının “oxu daşa dəyən” kimi başqa “hava çalmağa” başlayıb. ABŞ-da keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra qərəzli yanaşmalarını daha da intensivləşdirən administrasiya sonuncu “hakimiyyət ayı”na qədəm qoyduqları halda, hələ də bu kimi qeyri-adekvat addımlardan çəkilmirlər. Məsələn, dövlət katibi Antoni Blinkenin yaydığı “bəyanat” bütün “ştrixləri ilə” yalana və qərəzə köklənib. Blinkenin “bəyanatı” sanki artıq heç kəs tərəfindən ciddi qəbul edilməyən ABŞ-ın hər il dünya ölkələrində “insan haqlarına” dair hesabatlarını xatırladır - çünki Blinkenin önə çıxarmağa çalışdığı şəxslərin və “hüquqlarının pozulduğunu” iddia etdiyi şəxslərin kimliyi heç kimə sirr deyil. ABŞ-ın niyə məhz həmin şəxslər üzərində “fokuslanmağı” da əbəs deyil. Çünki o şəxslər ABŞ-ın diversantları qismində bu ölkənin lokal maraqlarının təmin edilməsi uğrunda “çalışırlar”.

Azərbaycanda insan hüquq və azadlıqları qorunur

Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə, sabit inkişafın əsas təməl prinsipi sayılır. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları saysızdır.  Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən, Azərbaycan onlarla beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasına töhfə verir. Ölkəmiz hətta qlobal terrorizmlə mübarizədə ön sıralarda çıxış etməklə insan hüquqlarının qorunması istiqamətində hansı cəbhədə dayandığını əyani şəkildə göstərib.

Beləliklə, ölkəmiz də müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Nəticə etibarı ilə, davamlı hal almış bu proseslər demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib.

ABŞ güzgüyə baxsa...

Bayden adminstrasiyasının xarici siyasət idarəsinin rəhbəri bu reallığı yaxşı görür və anlayır. Dünyanın əksər regionlarında törətdiklərini, pozduqları milyonlarla insan hüquq və azadlıqlarını bir dəfə də olsun dilə gətirməyən Blinkenin rahat şəkildə Azərbaycana böhtan atması “öz gözündə tiri görməməkdir”. ABŞ əgər özünə bütün dünyada insan hüquq və azadlıqlarını “təftiş etmək” bir vəzifə “yaradıbsa”, ilk olaraq bu işə elə özündən başlamalıdır. Nə üçün Dövlət Departamenti ölkəsinin daxilində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə etiraflar etmir? Bayden adminstrasiyasının bütün dünyada yaydığı rasizmin, islamafobiyanın, miqrantların hüquqlarının pozulmasının, həbsxanalarda dözülməz şəraitin və digər məsələlərin üstündən niyə sükutla keçilir? ABŞ-da hələ də irqi ayrı-seçkiliyin hökm sürdüyü heç kimə sirr deyil - hər il bu səbəblə çox sayda insan həyatını itirir. Eyni zamanda, özünü “dünya jandarmı” kimi təqdim edən Bayden adminstrasiyasının və konkret olaraq Blinkenin Qəzza hadisələri barədə susması insan haqqlarına zidd deyilmi - İraqda, Əfqanıstanda ABŞ ordusunun cinayətləri, törətdiyi qanunsuzluqlar böyük anlamda insan hüquq və azadlıqlarının kobud pozulması deyilmi?

Beləliklə, dövlət katibinin bu fikirlərinin qeyri-ciddi obrazı bütün çalarları ilə üzə çıxan Bayden adminstrasiyasının qərəzindən doğduğu birmənalıdır...

XİN və QAİ etiraz etdi...

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət katibi Antoni Blinkenin fikirlərini şərh edib və deyib ki, ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. “Təəssüf ki, son 4 il ərzində Dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-ın bütövlükdə, Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, -deyə qeyd olunub.

Qərbi Azərbaycan İcması da ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyib. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib. “Təəssüflə vurğulamaq istərdik ki, biz bu illərdə ABŞ-ın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik. ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç bir nüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-ın fərqli yanaşmasının bir daha şahidi olduq. ABŞ-ın dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-ın müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük. Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-ın Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi”, - deyə vurğulanan bəyanatda o da bildirilir ki, ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy, özü ən əsas beynəlxalq insan hüquqları konvensiyalarına qoşulsun, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsi, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması (racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoysun, silah zorakılığı problemini həll etsin, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırsın”.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see382

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see373

Tez tez ah çəkirsiniz? Alimlər bunun səbəbini açıqladı

01 Avqust 2026 15:37see279

SOCAR ın texniki operatorluğundan 5 il ötür

01 Avqust 2026 16:12see250

Sabah İngiltərə klubundan futbolçu transfer etdi

01 Avqust 2026 22:07see250

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see234

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see233

Keçmiş kənd təsərrüfatı naziri İsveçrədə vəfat edib

01 Avqust 2026 20:58see229

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see217

Azərbaycan Prezidentinin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib

01 Avqust 2026 22:05see188

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see177

Olmayan İslam həmrəyliyimizin lakmus kağızı ...

02 Avqust 2026 01:12see176

Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir

02 Avqust 2026 00:43see175

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see172

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see171

Macarıstan qənaət rejiminə keçir

02 Avqust 2026 00:34see169

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see167

Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb

02 Avqust 2026 01:53see164

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see159

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri