Icma.az
close
up
RU
Makronun son akkordları...

Makronun son akkordları...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa prezidentinin xalqına müraciəti sonuncu vasitədir

Paris Vaşinqtonla yollarını ayırdığını rəsmən bəyan edir

Ukrayna üzərindən planlar quran və bununla da həm özünün şəxsi, həm də dövlət olaraq Fransanın nüfuzunu xilas etməyə çalışan Makron dilemma qarşısındadır. Son proseslər, xüsusilə, ABŞ-ın regionla bağlı qərarları Aİ daxilində mühüm çatlar yaradıb. Bu isə istər-istəməz ölkədaxili proseslərə də təsir göstərir. Təsadüfi deyil ki, bu ilin əvvəlində “Le Figaro” Makronun siyasi imici ilə bağlı sorğu keçirmişdi. Sorğuda iştirak edən fransızların 60 faizdən çoxu prezident Makronun istefasını dəstəkləyib. Nəşrin qeyd etdiyi kimi, bu rəqəm 2024-cü ilin sentyabrından bəri 7 faiz artıb.

Rusiyanı hədəfə alır...

Makron isə ötənilki parlament seçiklərindən sonra növbəti zərbəni almamaq üçün özünü xilas etməyə fokuslanıb. Ukrayna müharibəsi ilə bağlı rabitəsiz və ardıcıl olmayan fikirlərin səsləndirilməsi, tez-tez qərarların dəyişdirilməsi Fransa prezidentinin siyasi karyerasından narahat olduğunu göstərir. Yeri gəlmişkən, martın 5-də Emmanuel Makron televiziya vasitəsilə həmvətənlərinə müraciət edib. Makron, xüsusən də Rusiyanın sülhə təhdidindən və Avropanın Ukraynaya dəstəyindən danışıb, Trampın bu məsələdə mövqeyini pisləyən Makron Fransa ordusunu “Avropanın ən döyüşə hazır ordusu” adlandırıb. O, Fransanın nüvə çətirinin avropalı tərəfdaşlar üçün də genişləndirilməsi ilə bağlı müzakirələrin aparılacağını da açıqlayıb. Makronun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi çoxdan “qlobal xarakter alıb”.

“Mən sizinlə danışarkən, Rusiya artıq uzun illərdir ki, Fransa və bütün Avropa üçün təhlükəyə çevrilib”, - deyə Makron deyib.

Bir çox bəlalarda Rusiyanı günahlandıran Makronun sözlərinə görə, Moskva rəqiblərini məğlub etmək üçün sərhədləri pozur, Rumıniya və Moldovada seçkilərə təsir edir, xəstəxanalara rəqəmsal hücumlar təşkil edir və sosial mediada yayılan yalanlarla fikirləri manipulyasiya etməyə çalışır.

Yeni nüvə ritorikası...

Makronun çıxışından bəlli olub ki, Fransa prezidenti münaqişə ilə bağlı birmənalı fikrə sahib deyil - o, açıq şəkildə Avropada yeni nüvə ritorikası başladıb. “Gələcək Almaniya kanslerinin tarixi çağırışına cavab olaraq, Fransanın çəkindirici qüvvələrinin köməyi ilə Avropadakı müttəfiqlərimizin müdafiəsi ilə bağlı strateji müzakirələr açmağa qərar verdim”, - deyə bildirib. O xatırladıb ki, Fransanın nüvə silahı 1964-cü ildən Avropada sülh və təhlükəsizliyi qoruyub saxlayır. Bundan əlavə, Makronun sözlərinə görə, Fransa Avropanın ən döyüşə hazır və effektiv ordusuna malik ölkə kimi xüsusi statusunu tanıtmalıdır. “Bizə islahatlar lazımdır, qərarlar qəbul etmək və cəsarətli olmaq lazımdır”, - deyə Makron bildirib.

Yelisey sarayı Ağ Evə qarşı...

Makron ABŞ-dan incikliyini açıq kontekstdə ifadə edib. O, Tramp administrasiyası dövründə ABŞ-ın xarici siyasətindəki dəyişikliklərdən danışarkən xüsusi narahatlığını büruzə verib və Trampın siyasətini, onun sülh təşəbbüslərini pisləyib. “Müttəfiqimiz olan Birləşmiş Ştatlar bu müharibə ilə bağlı mövqeyini dəyişib, Ukraynanı daha az dəstəkləyir və bundan sonra nə olacağına dair şübhələr yaradır. Təhlükəsizliyimiz və rifahımız qeyri-müəyyənləşib və bunu demək lazımdır: Biz yeni dövrə qədəm qoyuruq”, - deyə Makron bildirib.

Fransa liderinin sözlərinə görə, Ukraynadakı çox kövrək atəşkəs Avropa üçün təhlükəlidir. “Sülhə gedən yol Ukraynanı tərk etməkdən keçə bilməz. O, nəyin bahasına olursa olsun, Rusiyanın diktəsi ilə formalaşdırıla bilməz və Ukraynanın kapitulyasiyası ola bilməz”.

Fransa prezidenti deyib ki, ölkəsi gələn həftə Ukraynada sülhün təminatına hazır olan ölkələrin ordularının qərargah rəislərini Parisdə toplayacaq. Makronun sözlərinə görə, uğura ancaq Avropa hərbi qüvvələrinin həmin zonaya yerləşdirilməsi ilə nail olmaq olar - Makron hərbi toqquşmalarda iştirakın olmayacağını bildirib. “Onlar bu gün müharibəyə getməyəcəklər, cəbhə xəttində döyüşməyə getməyəcəklər, əksinə, sülhün imzalanmasından sonra ona tam əməl olunmasına zəmanət vermək üçün orada olacaqlar”, - deyə Fransa dövlətinin başçısı bildirib.

Makron iqtisadi böhranı etiraf edir

Fransa prezidenti dolayısı ilə də olsa, iqtisadi geriləməyə də toxunub. Makron son dövrlərdə Fransada iqtisadi böhranın olmasını fərqli bir dildə təsdiqləyb. Belə ki, o, ABŞ-ın iqtisadi platflormada yardım etməməsi faktını önə sürərək müdafiə üçün əlavə sərmayəyə ehtiyac duyulduğunu deyib. Bunun üçün isə fransızların vergilərinin artırılmasını “yolverilməz” sayıb. “Bunlar özəl və dövlət maliyyəsi tələb edən yeni investisiyalar olacaq. Bunun üçün islahatlar, qətiyyət, cəsarət tələb olunacaq”.

Makron yolun sonundadır - fransız əhalisi “yox deyir”...

Makronun bu fikirləri Qərb ekspertləri tərəfindən ciddi qarşılanmır. ABŞ-ın olmadığı bir səhnədə Aİ-nin də döyüşkən mövqe tutmayacağına əminliklərini ifadə edən ekspertlərin fikrincə, Fransa prezidenti ikili oyun oynayır - ya, yeni mərhələdə heç olmasa Ukraynanın təhlükəsizliyinin “qarantı” statusunu qazanmaq, ya da ABŞ-ın əldə etdiyi minerallardan kiçik də olsa “pay almaq” ümidi ilə prosesi davam etdirir. Çünki Makron anlayır ki, nə Aİ ölkələri, nə də Fransa xalqı Ukrayna müharibəsində bu və ya digər şəkildə canlı qüvvə olaraq iştirak etmək istəmir. Keçirilən sorğular da bu faktı təsdiqləyir. CSA şirkətinin Europe 1 radiostansiyası üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların əksəriyyəti öz ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir. “Fransızların 65 faizi hesab edir ki, hərbi qoşunlar Ukraynaya göndərilməməlidir, 35 faizi isə bu təşəbbüsün tərəfdarıdır”, - nəşr yazır.

Radiostansiya qeyd edir ki, ötən illə müqayisədə Fransa qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxanların sayında dəyişiklik olmayıb. Belə ki, 2024-cü ilin fevralında ölkə vətəndaşlarının 76 faizi əsgər göndərilməsinə qəti şəkildə “yox” demişdi. Bu il də analoji sorğu 18-24 yaşlı vətəndaşlar, yəni potensial olaraq xaricdə hərbi missiya üçün səfərbər oluna biləcək vətəndaşlar arasında aparılıb.

Beləliklə, Makron artıq vəzifədən gedəcəyini, daha doğrusu, baş verənlərin hüquqi məsuliyyətini daşıdığını anlayır. Bunun üçün də sonuncu həmləyə - nüvə təhdidinə əl atır. Amma onun bu oyununa təzə müttəfiqləri də razılaşmayacaq...

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see350

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see320

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see290

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see228

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see214

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see208

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see200

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see190

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see184

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see160

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see154

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see147

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri