Icma.az
close
up
RU
Baydendən gethagetdə Tramp administrasiyasına növbəti problem: “Ölü doğulmuş” sənəd

Baydendən gethagetdə Tramp administrasiyasına növbəti problem: “Ölü doğulmuş” sənəd

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistan hökuməti ilə gethagetdə olan Bayden Administrasiyası arasında strateji tərəfdaşlıq adlı sənədin imzalanması onu göstərir ki, İrəvan son anlarda SOROS siyasətindən faydalanmaq və regionumuzda əlavə gərginlik yaratmaq məqsədi ilə əlindən gələni edəcək”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalamasına münasibət bildirərkən deyib.

Müsahibimiz sözügedən sazişin ciddi əhəmiyyət kəsb etmədiyini düşünür:

"Etiraf etmək lazımdır ki, Ermənistan-ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd "ölü doğulmuş uşaq" kimi bir şeydir. "Yaşamaq" imkanı olmayan bir sazişdir. Donald Tramp ona görə hakimiyyətə gəlib ki, Co Baydenin beynəlxalq səviyyədə apardığı siyasət Amerikanı iflasa uğradıb. Baydenin həyata keçirdiyi siyasət müharibə, çaxnaşma, xalqlar arasında gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etməyib. Ona görə növbəti addım ilk növbədə Tramp administrasiyasına problemlər yaratmaq məqsədi güdür”.

S.Seyidov hesab edir ki, digər yandan məqsəd Cənubi Qafqazda gərginliyi artırmaq, gethagetdə öz erməni havadarlarının rəğbətini qazanmaq, "axıra kimi sizin yanınızda olduq, nə dedinizsə, etdik" mesajını vermək, nəhayət, ümumi şəkildə bu məsələnin beynəlxalq müstəvidə geniş səs-sədasını yaradaraq Ermənistana və daxildəki revanşist qüvvələrə dəstək ifadə etməkdir".

Səməd Seyidov: Sənədin içərisində xeyli iddialar, yaratmaq məsələləri var, ancaq...

Parlament üzvü vurğulayıb ki, bu sənəd daha çox deklorativ sənəd daşıyır:

"Özünüz fikirləşin. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Rusiyanın hərbi bazaları hələ də Ermənistandadır. Ermənistanın atom elektrik stansiyaları Rusiya tərəfindən idarə olunur, nüvəsi Rusiyadan gəlir. Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Ona görə də Ermənistan-ABŞ arasında srateji əməkdaşlığın özündə nəyi ehtiva etməsini başa düşmək çətindir. Düzdür, 4 bənddən ibarət sənədin içərisində xeyli iddialar, yaratmaq məsələləri, demokratik nələrsə var. Ancaq reallıqda onların həyata keçirilməsi çox müşkül məsələdir. Təkrar edirəm, bu müqavilə daha çox Tramp administrasiyasına əlavə problemlər yaratmaq məqsədi güdür. Eyni zamanda SOROS-un və erməni lobbisinin fəlsəfəsini Ermənistanda da tətbiq etmək qayəsi daşıyır".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri