Icma.az
close
up
RU
Baydendən növbəti əfv

Baydendən növbəti əfv

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, əfv barədə insan hüquqları müdafiəçiləri xahiş ediblər. Bayden bildirib ki, o, gələcək prezident Donald Trampın yeni administrasiyasına “edamları bərpa etməyə” icazə verə bilməz.
“2013-cü ildə Boston marafonunu partlatmaqda təqsirləndirilən Cohar Tsarnayev, 2015-ci ildə Çarlston kilsəsində doqquz afroamerikalını öldürməkdə təqsirli bilinən Dilan Ruf və 2018-ci ildə Pittsburq sinaqoqunda baş verən atışmaya görə ölüm cəzasına məhkum edilmiş Robert Bauer barədə ölüm cəzaları qüvvədə saxlanılıb”, - Assoсiated Press nəşri yazıb.
Ağ Evin rəsmi saytında isə ölüm hökmündən qurtulan 37 nəfərin siyahısı dərc olunub.
Qeyd edək ki, 2021-ci ildə ABŞ-nin Ədliyyə nazirliyi bu məsələ ilə bağlı siyasətə yenidən baxılması üçün federal səviyyədə ölüm cəzasına moratorium tətbiq edib. Prezident Co Bayden bu qərarı dəstəkləsə də, ölkənin bəzi əyalət yursidiksiyasında ölüm cəzası hələ də gündəmdə qalır.
Bir müddət əvvəl, Amerika mediasının yazdığına görə, bir qrup keçmiş məmur və hüquq müdafiəçisi Donald Tramp hakimiyyətə gələnə qədər Co Baydeni edam cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarını yüngülləşdirməyə çağırıb. Çünki gələcək prezident xüsusilə, federal moratoriumun ləğvi vədini verib.
Co Baydendən misilsiz "əfv səxavəti" Xatırladaq ki, dekabrın 12-də Co Bayden qeyri-zorakı cinayətlərdə ittiham olunan 39 məhkumu əfv etdi, həmçinin COVID-19 pandemiyası zamanı ev dustaqlığına buraxılan 1500 nəfərin cəzasını yüngülləşdirdi. Ağ Ev bunu müasir ABŞ tarixində ən böyük əfv adlandırıb. Bundan daha əvvəl isə, ABŞ prezidenti iki cinayətdə öz günahını etiraf edən oğlu Hanter Baydenin əfvi barədə sərəncam imzaladı ki, bu qərar da Tramp və onun komandası tərəfindən sərt tənqidlə üzləşdi.
Sahil İsgəndərov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri